AzQAC Zərdab rayon bölməsinin könüllüləri və əməkdaşları tərəfindən Azərbaycan Qızıl Aypara Cəmiyyəti və ABŞ Beynəlxalq İnkişaf Agentliyi (UDAİD) arasındakı əməkdaşlıga əsasən göndərilmiş ərzaq və gigiyenik məhsulların paylanması davam etdirilir. Yardim alan aztəminatlı, tənha və şəhid ailələri, birinci qrup əlillər yardımın göndərilməsində və paylanmasında əməyi olan hər bir kəsə minnətdarlıqlarını bildirirlər.