images

AzQAC-ın əməkdaşları mülki əhaliyə yardım göstərir

 

Öz humanitar missiyasına sadiq qalaraq AzQAC-ın Tərtər rayon bölməsinin əməkdaşları və xüsusi hazırlanmış Fövqəladə Mobil Könüllü dəstələri sərhədyanı kənddə mülki şəxslərin evakuasiya edilməsinə köməklik göstərir. Eyni zamanda öncədən BQXK-nin dəstəyi ilə hazırlanan AzQAC-nin mobil könüllü dəstə üzvlərindən ibarət  15 nəfər  könüllüsü  qan verib, Goranboy RB -nin 12 könüllüsü  yaralılara köməklik edib, Cəbrayıl rayonu Cocuq mərcanlıda evakuasiya olunan 50 nəfər kənd sakininə çörək və su yardımı ediblər.Məlumat üçün bildirək ki, AzQAC-nin Cəbhəyanı rayonlarında  Bərdə, Ağdam, Tərtər, Fizuli və  Cəbrayıl RB-nin əməkdaşları və könüllüləri AzQAC-nin prezidenti, milli məclisin deputatı cənab Novruz Aslanovun tapşırığına  əsasən  gücləndirilmiş iş rejimindədirlər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.