Bu gün səhər saatlarında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Baş Qərargahında cəmiyyətin prezidenti, millıət vəkili Novruz Aslanovun başçılığı ilə növbəti geniş tərkibli müşavirə keçirilib. Müşavirədə cəbhə bölgəsində Cenevrə konvensiyalarının müvafiq maddələrinin tələblərinin düşman tərəfindən kobud şəkildə pozularaq mülki şəxslərə qarşı törətdikləri qanunsuzluqlar müzakirə olunub.
AzQAC Cenevrə konvensiyalarına, Seviliya razılşmasına, öz missiyasına və beynəlxalq humanitar hüquqa əsaslanaraq, özünün fundamental prinsiplərinə uyğun olaraq, zərurət yarandığı halda humanitar tədbirlərin həyata keçirilməsi üçün bütün daxili imkanlarını səfərbər edib.
Novruz Aslanov mövcud vəziyyətdə mobil könüllü dəstənin işindən söhbət açmış və qeyd etmişdirki, belə bir şəraitdə könüllüərin humanitar sahədə mülki əhaliyə göstərdikləri köməklik təqdirəlayiqdir.Eyni zamanda bildirdi ki, zərərçəkmiş ailələr, yaralılara mütləq şəkildə kömək və dəstək vermək lazımdır və bu sahədə aidiyyati işçilərə tapşırıqlarını verdi.
Eyni zamanda Cəmiyyətin prezidenti bildirdi ki, müvafiq zərurət yarandığı halda qanvermə aksiyalarının keçirilməsi məsələsi də nəzərdən keçirilsin.
Novruz Aslanov mövcud vəziyyətlə əlaqədar olaraq öz tapşırıq və göstərişlərini aidiyyatı şöbələrə verdi.