Beynəlxalq Qızıl Xac Komitəsinin əməkdaşları Bayram Vəliyev və Lyudmila Şepelyovanın iştirakı ilə AzQAC Sumqayıt şəhər bölməsinin FMKD üzvləri və digər könüllülərinin görüşü keçirilmişdi.Tədbiri giriş sözü ilə AzQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova açaraq qonaqları salamlamış, tədbirin mahiyyəti haqında iştirakçılara məlumat vermişdi.Beynəlxalq Qızıl Xac Komitəsinin əməkdaşı Bayram Vəliyev Mobil dəstə üzvlərinə və digər könüllülərə “Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatı”nın yaranması tarixindən, mandat və missiyasından, emblem və loqolardan, Cenevrə konvensiyaları haqda geniş məlumat vermişdi.Digər mövzu “Təhlükəsiz yetişmə” və onun səkkiz elementləri idi. İntraktiv keçən görüşdə FMKD üzvləri onları maraqlandıran suallarla qonaqlara müraciət edərək,onlardan ətraflı məlumatlar topladılar.