IMG_20201026_100105~2

AzQAC-ın növbəti koordinasiya iclası keçirildi

AzQAC-ın 2020-ci il oktyabrın 26-da keçirilən koordinasiya iclasında çıxış edən Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov hamını salamlayaraq mövcud durumda olan vəziyyətdən söz açdı.Cənab Novruz Aslanov belə bir şəraitdə Hərəkatdaxili münasibətlərə toxundu və  bildirdi ki, Milli Cəmiyyət BQX/QAC Federasiyası, istərsə də BQXK ilə qarşılıqlı koordinasiya şəklində fəaliyyət göstərməlidir.Fürsətdən istifadə edib növbəti dəfə Novruz Aslanov Cəmiyyətin kollektivi, üzvləri və çoxsaylı könüllüləri adından  Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri (BQX/QAC) Federasiyasının prezidenti Francesco Roccaya,

 BQX/QAC  Federasiyasının  Avropa zonası üzrə vitse-prezidenti, Türkiyə Qızıl Ay Cəmiyyətinin prezidenti Kərəm Kınıka və BQX/QAC  Federasiyasının   vitse-presidenti Migel Villaroelə  humanitar missiyada Milli Cəmiyyətə göstərilən köməkliyə görə öz minnətdarlığını bildirdi və ölkəmizdə Türk Qızıl Ayın operativ əməkdaşlarının  işini yüksək qiymətləndirdiyini  iclas iştirakçılarının diqqətinə çatdırdı.

Daha sonra Cəmiyyətin aidiyyatı şöbələrinə  digər  həmkar  Milli Cəmiyyət və təşkilatlarla  əməkdaşlığın davam etdirilməsini tapşırdı.

AzQAC-nin İcraçı katibinə söz verildi o da öz növbəsində  digər  Milli Cəmiyyətlərin AzQAC  ilə humanitar sahədə əməkdaşlıq etmək  istədiklərini bildirdi.Eyni zamanda bugün BQXK-nin Bakı nümayəndələrinin əməkdaşları ilə mövcud durumla bağlı görüş keçiriləcəyini bildirdi.

Daha sonra söz AzQAC-nin  vitse-prezidenti Qafar Əsgərzadəyə verildi və məlumat üçün   gördüyümüz işlərin davamlı  və operativ olaraq  mətbuatda işıqlandırıldığını bildirdi.

Çıxış üçün söz AzQAC-nin  fövqaladə hallar üzrə müşaviri Elşən Səlimzadəyə verildi.Bildirildi ki, Türk Qızıl Ayın göndərdiyi humanitar yardım Qızıl Ayın əməkdaşları ilə birlikdə 1235 ailə ümumilik də 5255 nəfər olmaqla cəbhəyanı ərazilərdə mülki əhaliyə paylanıb.

Novruz Aslanov  yüksək səviyyədə təmsil olunduğuna görə Türk Qızıl Ayın ölkəmizdə ki, operativ  nümayəndələrinə öz təşəkkürünü bildirdi.

Sonra çıxış üçün söz Türk Qızıl Ayın nümayəndəsi Osman Barışa verildi.

Osman Barış qardaş ölkədə olmasından və belə bir durumda qardaş Milli Cəmiyyətlə birlikdə çalışmasından məmnun olduğunu  və cənab Novruz Aslanova  görüşə dəvət olunduğu üçün minnətdarlığını bildirdi.Məlumat üçün dedi ki, artıq Türkiyə Qızıl Ay Cəmiyyətinin prezidenti  cənab Kərəm Kınıkın Türkiyədə Kardeşlərə köməklik etmə vaxtıdır göstər kardeşliyini süarı altında kompaniya başlayıb.Artıq ehtiyaclar sistemli şəkildə hazırlanıb və Türkiyə Qızıl Ayı olaraq növbəti dəfə mülki əhaliyə humanitar yardımlarda bulunacağını Osman Barış bildirdi.IMG_20201026_100121~2IMG_20201026_100027~2 IMG_20201026_100042~2 IMG_20201026_100105~2 IMG_20201026_101918~2 IMG_20201026_102655~2 IMG_20201026_103052~2 IMG_20201026_104719~2 IMG_20201026_104853~2 IMG_20201026_111024~2

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.