Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin və “PAŞA Həyat Sığorta” ASC-nin birgə layihəsi c
çərcçivəsində Ağdam rayonu 1 saylı orta məktəbində məskunlaşmış məcburi köçkünlərə dəstək aksiyası kecirilmişdi. Aksiya 24 oktyabr 2020-ci ildə baş tutdu.Aksiyanın keçirilməsində məqsəd hazırda davam edən mövcud vəziyyətlə əlaqədar qarşı tərəfin mülki əhalini və yaşayış məskənlərini hədəf alması nəticəsində evlərini tərk etməyə məcbur qalan Tərtər və Ağdam rayon sakinlərinə maddi və mənəvi dəstək olmaq idi. Bu aksiyada”Paşa Həyat Sığorta”şirkəti tərəfindən 100 ailəyə yardım göstərildi. Hədiyyə alan uşaqlar çox sevincli idi. Sakinlər daima onları diqqətdə saxlayan dövlətimizə , Ali baş komandanımıza, yerlərdə dövlətinin yanında olan bu kimi şirkət və təşkilatlara, biz ayparaçılara öz minnətdarlıqlarını bildirdilər.