Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş ofisində növbəti koordinasiya iclası keçirildi. Cəbhəyanı ərazilərdə AzQAC-ın əməkdaşlarının və könüllülərinin fəaliyyətlərindən söz açan Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov görülən işlərin əhəmiyyətini xüsusi qeyd etdi. Türkiyə Qızıl Ay Cəmiyyətinin bu sahədəki aktiv fəaliyyətindən bəhs etdi. Natiq, həmçinin, Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələdən zərərçəkənlər üçün kədərləndiyini bildirdi. Həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra çıxış edən AzQAC-ın idarə rəisi-vitse-prezident Əziz Qocayev cəbhəyanı ərazilərdə şəhər və rayon bölmələrinin fəaliyyətləri haqqında qısa məlumat verdi.
AzQAC-ın İcraçı Katibi Ceyhun Mirzəyev çıxışında COVİD-19 ilə mübarizə layihəsi çərçivəsində görülən işlər haqqında danışdı. İcraçı Katibin müavini Səbinə Məhbubi BQXK və BQXQAC Federasiyası ilə qarşılıqlı əlaqələr zəmnində həyata keçirilən işlərdən bəhs etdi.
İclas zamanı müzakirələr aparıldı, təkliflər dinlənildi. Mövcud vəziyyətlə əlaqədar müvafiq qərarlar qəbul edildi.