Az.QAC Sumqayıt şəhər bölməsinin Fövqaladə Mobil Könüllü Dəstəsi Cəmiyyətin fəal könüllülər komandalardan biridi. Ölkədə COVİD-19 pandemiyası və Qarabağ uğrunda olan müharibə şəraitində həyata keçirən fəaliyyətlərdə bu dəstə üzvləri nəinki Sumqayıtda, eləcədə digər rayonlarda humanitar yardımların paylanması, COVİD-19 la mübarizə tədbirlərinə cəlb olunub, fəal iştirak edirlər.
AzQAC-in işçi heyyəti və könüllülərin həyata keçirdiyi fəaliyyətlərin daha səmərəli və faydalı olması üçün, onların həssas qruplardan olan insanlara göstərdiyi xidmətlərə (İlk Yardım, İlk Psixoloji Yardım, Fövqəladə Hallar zamanı içtimai səhiyyə, sağlamlıqla bağlı maarifləndirilmə və s.) dair bilik və bacarıqlarının artırılması məqsədilə Cəmiyyətin “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində mütəmadi olaraq seminar və təlimlər təşkil olunur.
Beləki, 12 noyabr 2020 ci il tarixində Sumqayıt şəhər bölməsində Fövqaladə Mobil Könüllü Dəstəsinin üzvləri üçün “Fövqəladə hallar zamanı İlk Psixoloji Yardımın təşkili” adlı növbəti seminar keçirildi. Seminarı AzQAC-n “İcmaya əsaslanan sağlamlıq” proqramın kordinatoru Mətanət Qaraxanova aparmışdı. Təqdimatla çıxış edən M.Qaraxanova könüllülərə Fövqəladə hal olan COVİD-19 pandemiya və münagişə şəraitində psixi travma və psixoloji təsirlərə məruz qalan dinc əhali və xidmət göstərənlərin psixi sağlamlığının qorunmasına dəstək və qayğı sahəsinə dair əsas məqamları çatdırdı. Psixoloji Yardımın növləri, yardımın kimə ehtiyac olduğunu və kim tərəfindən aparılması, yardımın əsas prinsipləri və elementləri barədə məlumatlar seminar iştirakçılarına psixoloji yardımın göstərilməsi səviyyələri və psixo-sosial modellər üzərində nümayiş edərək, çatdırıldı. Bununla yanaşı, könüllülərin xidmət göstərdiyi müddətdə özlərinə qayğı göstərilməsi barədə məqamlar xüsusi vurğulandı. Sonda könüllüləri maraqlandıran suallar cavablandırıldı. Gələcəkdə bu seminarların daha geniş formatda təşkil olunması və başqa mövzulara həsr edilən seminarların davam edilməsi nəzərdə tutulur.