2020-ci il noyabrın 13-də AzQAC-ın baş ofisində BQXQAC Federasiyasının kommunikasiya üzrə mütəxəssisi Radostina Karageorgiyevanın da iştirakı ilə görüş keçirilmişdir. Mütəxəssis görüş zamanı AzQAC-ın İnformasiya, Kommunikasiya və Sosial Media Siyasəti üzrə bilik və bacarıqları ilə tanış edildi. Məqsəd və fəaliyyətlərdən danışıldı. Siyasətin fəaliyyət təlimatları haqqında qısa məlumat verildi.
AzQAC-ın yerli bölmələri ilə kommunikasiyanın hansı üsul və vasitələrlə qurulduğu izah edildi. Görüşlərin pandemiya vaxtında mövcud vəziyyətə uyğun şəkildə təşkil edildiyi qonağın diqqətinə çatdırıldı.
Sosial Media Siyasəti diqqət mərkəzində saxlanıldı, müzakirələr aparıldı, təkliflər dinlənildi. Həmçinin, Federasiyanın nümayəndəsinin yerlərdə foto və video çəkilişlərinin hansı qaydada aparılması məsələsi də məqsədə uyğun hesab edildi.