13 noyabr 2020-ci il tarixində PAŞA Bank əməkdaşlarının bir qrupu dəstək məqsədi ilə cəbhəyanı ərazidə zərər çəkən mülki əhalini ziyarət etmişdir. Görüş “Azərbaycan Qızıl Aypara Cəmiyyəti”nin Sumqayıt regional ofisinin təşkilati dəstəyi ilə baş tutmuşdur.
Zərərçəkənlərlə görüş Bərdə şəhərinin 8 saylı məktəbində və Ağdam rayonunun Cayırlı kəndindəki 109 saylı məktəbdə müvəqqəti olaraq məskunlaşmış əhali ilə oldu.
Ailələrlə görüş zamanı Bankın işçiləri tərəfindən keçirilən sosial dəstək kampaniyası çərçivəsində alınan qida məhsulları, isti yorğanlar, şəxsi qulluq və gigiyena məhsulları, uşaqlar üçün oyuncaqlar təhvil verildi. Zərər çəkmiş insanlara həm maddi, həm mənəvi dəstək göstərməyi özünə borc bilən PAŞA Bank əməkdaşları ümumilikdə yüzə yaxın ailəyə yardım göstərdilər.
Bir qrup əməkdaşımız Bərdə şəhərində və Ağdam rayonunun Cayırlı kəndində məktəblərdə müvəqqəti məskunlaşmış ailələrlə görüşdü. Bankın işçiləri bu təşəbbüsdə bizə təşkilati dəstək göstərən “Azərbaycan Qızıl Aypara Cəmiyyəti”nin Sumqayıt regional ofisinin əməkdaşlarına öz təşəkkürünü bildirdi.