Hər il olduğu kimi Dekabrın 1-də əhalinin sıx olan yerlərində 1 dekabr “Ümumdünya AİDS-lə mübarizə günü” və mövcud vəziyyətlə əlaqədar olaraq COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı ilə əhali arasında Cəmiyyətin əməkdaşları və könüllülərinin iştirak ilə maarifləndirmə işləri aparılmışdır.
Maarifləndirmə işlərində AİDS xəstəliyi, COVİD-19 pandemiyası haqqında məlumatverici braşurlar, maskalar və santazerlər əhali arasında paylanılmışdır. Maarifləndirmə işlərinin aparılmasında məqsəd insanların özlərini və digərlərini xəstəliklərdən və yoluxmalardan qorumaq olmuşdur. Bu məqsədlə AzQAC-ın bütün rayon və şəhər bölmələri də bu tədbirlərə qoşulmuşdur. Tədbir çərçivəsində 10000-ə yaxın əhaliyə maarifləndirici materiallar paylanılmışdır.