Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Gənclər və Könüllülər şöbəsinin 2011-2015-ci il strateji planının əsas məqsədi Gənclər və Könüllülərin idarəetmə sisteminin inkişaf etdirilməsi və bununla da sosial cəhətdən zəif müdafiə olunan və qayğıya ehtiyacı olan əhaliyə könüllü xidmətin səmərəliliyinin artırılmasından ibarətdir.
Bununla əlaqədar olaraq, Gənclər Komitəsinin təşkilatçılığı ilə 27 – 28 oktyabr 2015-ci ildə Bakı şəhərində yerləşən 26 N-li orta məktəbin şagirdləri və Qızıl Aypara Cəmiyyətininin yeni əməkdaşları və könüllülərü üçün treyning təşkil olunmuşdur. Treyningdə iştirakçılara Gənclər Komitəsinin sədri Türkanə Atakişiyeva və Komitənin təlimatçısı Nigar Ayvazova Gənclər Komitəsinin və Gənclər Şöbəsinin strukturu, Gənclərin cəlb olunması strategiyası haqqında, daha sonra BHH və Fundamental prinsiplərin yayım sektorunun rəhbəri Xalid Xəlilov Hərəkatın tarixi haqqında prezentasiyaları geniş şəkildə təqdim etmişlər, eyni zamanda humanitar yardım şöbəsinin assistenti Ceyla Mirzəzadə şöbənin humanitar fəaliyyəti haqqında ümumi məlumat verdi. Yeniyetmələr, gənclər və könüllülər arasında keçirilən təlimdə qruplarla iş aparılmış, onları maraqlandıran suallara şöbələr tərəfindən geniş məlumat verilmişdir. Orta məktəbdə isə olan təlimdən sonra şagirdlərin bir çoxu Qızıl Aypara Cəmiyyətinin könüllüsü olmaq istəmiş və şöbənin əməkdaşları tərəfindən xüsusi blanklar vasitəsilə onların qeydiyyatı aparılmışdır. Gələcəkdə də bu cür tədbirlərin keçirilməsi nəzərdə tutulub.