foto (62)

Qusarda “İlk yardım” mövzusunda seminar keçirildi

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “Fövqəladə hallara hazırlıq və cavabvermə” şöbəsi tərəfindən Qusar rayonunda keçirilən “Təhlükəsiz və möhkəm icmaların qurulması” adlı layihə üzrə növbəti seminar baş tutmuşdu. Layihə məzmun etibarilə rayon ərazisində fövqəladə hallar zamanı yarana biləcək riskin azaldılmasını əhatə edir.

28 oktyabr 2015-ci il tarixində sözügedən layihə çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “Fövqəladə hallara hazırlıq və cavabvermə” şöbəsinin təklifi ilə Sumqayıt şəhər bölməsinin könüllüləri tərəfindən təcrübə mübadiləsi məqsədi ilə stimulyasiya həyata keçirilmişdi. Bu, Qusar rayon 2 saylı tam orta məktəbdə baş tutmuşdu. Tədbiri giriş sözü ilə məktəbin direktoru Dilşad xanım açaraq, gələn qonaqları salamlamış və çıxış etmək üçün sözü AzQAC Sumqayıt bölməsinin sədri Mətanət Məhərrəmovaya vermişdir. Bölmə sədri öz çıxışında layihə barədə məlumat verərək, ilk yardım bacarıqlarına yiyələnməyin əhəmiyyətindən söz açmışdır. Daha sonra Sumqayıt bölməsinin təlimatçısı Tanrıverdiyeva Gülnar və könüllü Zinyət Əbdürrəhmanova ilk yardımla bağlı bilikləri şagirdlərə bildirmiş, eyni zamanda qanaxmalar və sınıqlar zamanı edilməsi lazım olan ilk yardım tədbirlərini əyani şəkildə nümayiş etdirmişlərfoto (12) foto (109)foto (46) foto (43)foto (46)foto (22)foto (52) foto (53) foto (63) foto (82)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.