IMG_8565

Strateji Planın Fövqəladə Hallara Hazırlıq və Cavabvermə (FHHC) istiqaməti üzrə görüşü

Strateji Plan (2016-2020) üzrə yaradılmış Komissiyanın 15.10.2015-ci il tarixində keçirilmiş son iclasında verilən qərara əsasən 2016-2020-ci illəri əhatə edəcək yeni Strateji Planın ilkin layihəsinin hazırlanmasına start verilib. Belə ki, Strateji Planda (2011-2015 ) əks olunmuş hər 5 məqsədin müzakirəsi üçün hər həftə aydiyyatı şöbələrlə görüşlər keçirilir.

Belə görüşlərdən biri də 30.10.2015-ci il tarixində Fövqəladə Hallara Hazırlıq və Cavabvermə (FHHC) fəaliyyətinin növbəti 5 il müddəti üçün strategiyasını yazmaq məqsədilə görüş keçirildi. Görüşdə AzQAC-ın İcraçı Katibi Bayram Vəliyev, AzQAC-ın Hesabat sektorunun rəhbəri, Komissiyanın məsul katibi Hüseynova Yaqut, Fövqəladə Hallara Hazırlıq və Cavabvermə üzrə AzQAC prezidentinin müşaviri Elşən Səlimzadə, AzQAC İcraçı  Katibinin müavini Səbinə xanım Məhbubi-İran, FHHC şöbəsinin müdiri Seyidzadə Fərid, Miqrasiya şöbəsinin müdiri Məmməd Kətanov, Axtarış şöbəsinin müdiri Mbuari Mirzəyeva, Humanitar yardım şöbəsinin müdiri Əliağa Abbasov və Təchizat şöbəsinin müdiri Vəliyev Renat iştirak edirdi. Görüşdə ilk öncə qeyd olunmuş əvvəlki vəzifələrə və göstəricilərə nəzər salındı. Daha sonra isə görüş iştirakçılarının təklifləri müzakirə edilərək yeni vəzifələr və göstəricilər  yazıldı.

IMG_8568IMG_8576

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.