Az QAC-nın Qazax rayon bölməsi 18-25 yanvar 2021-ci il tarixlərində COVİD – 19 yoluxmasının qarşısının alınması məqsədi ilə , Qazax şəhərində əhali arasında maarifləndirmə tədbirləri həyata keçirilməsi ilə yanaşı Qazax şəhərində əhalinin sıx olan yerlərində Avtovağzal ətrafı , şəhərin super marketlərində, bazar və bazar ətrafı ,İcra Hakimiyyətinin kəndlərdəki nümayəndəliklərində və bir neçə idarələrdə sosial məsafələri gözləməklə əhaliyə 1000 ədəd broşuralar , 800 ədəd qoruyucu maskalar , 1500 ədəd dezinfeksiya edici gel (spirt) vətəndaşlara paylanılmışdır.