Az.QAC Suraxanı RB-n də 27 yanvar “Biz birlikdə güclüyük” adlı növbəti tədbir keçirildi və ehtiyacı olan insanlara yardım göstərildi. Tədbirə tənha qocalar, əlillər və aztəminatlı ailələr dəvət olunmuşdu. Tədbir iştirakçılarını hissə-hissə idarəyə dəvət edib ərzaq yardımları paylanıldı. Az.QAC Suraxanı RB sədri Turan xanım Hüseynova dəvət olunanlara bir daha “COVİD-19″ virusunundan qorunma qaydaları haqqında söhbət apardı və onlara maarifləndirici bukletlər paylanıldı. Dəvət olunanlar onlara diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.