2 fevral Gənclər günü ilə əlaqədar hal hazırda aktual olan COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı ilə Qusar rayonunda əhali arasında Cəmiyyətin əməkdaşları və gənc könüllülərinin iştirak ilə maarifləndirmə işləri aparılmışdır.
Maarifləndirmə işlərində COVİD-19 pandemiyası haqqında məlumatverici braşurlar, maskalar və santazerlər əhali arasında paylanılmışdır. Maarifləndirmə işlərinin aparılmasında məqsəd insanların özlərini və digərlərini xəstəliklərdən və yoluxmalardan qorumaq olmuşdur. Tədbirdə İcraçı katibin müavini- Gənclər və Könüllər şöbəsini müdiri Xalidə İsgəndərova,İcraçı katibin müavini-Fövqəladə hallar şöbəsini müdiri Elşən Səlimzadə və Türk Qızıl Ayının nümayəndəsi Osman Barış Diker iştirak etmişdi.
Covid-19 pandemiyası ilə əlaqədar maarifləndirmə işlərinə AzQAC-ın bütün rayon və şəhər bölmələri qoşulmuşdur. Tədbir çərçivəsində 20000-ə yaxın əhaliyə maarifləndirici materiallar paylanılmışdır.