IMG-20210218-WA0054

Uşaqlar bizim gələcəyimizdir adlı onlayn tədbir keçirildi

Məlumdur ki, dünyada hər il 24 mart  Ümumdünya Vərəmlə Mübarizə günü kimi qeyd edilir. Bununla bağlı bütün ölkələrdə müxtəlif yönümlü maarifləndirici tədbirlər həyata keçirilir.

2021 ildə 24 Mart Ümumdünya Vərəmlə Mübarizə Günü “Uşaqlar arasında vərəm” lə mübarizəyə həsr edilir. Bununla bağlı,  hər il olduğu kimi,  Azərbaycanda dövlət və QHT lə birgə əməkdaşlıq çərçivəsində, maarifləndirici tədbirlərə start verilmişdir ki,  Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu tədbirlərdə fəal iştirak edir.

2021 ildə COVİD-19 pandemiyası ilə əlaqədar dünyada bütün fəaliyyətlər (tibbi, sosial, iqdisadı) bu xəstəliklə mübarizəyə yönnəldirilərək,  geniş şəkildə həyata keçirilir. COVİD-19 virusunun uşaqlara təsiri az olsa da, vərəm onlardan yan keçmir. Ümumdünya Səhiyyə Təşkilatının vərəmlə bağlı 2020-ci il hesabatına əsasən, 2019-cu ildə dünyada 1.2 milyon 15 yaşadək uşaq vərəmlə xəstələnib. Vərəm qarşısı alına bilən və müalicə edilə bilən xəstəlik olsa da, dünya miqyasında uşaq ölümlərinin ilk səbəblərindən biridir. Vərəm ən çox gənc və həssas insanlara təsir edir: Uşaqlarda vərəmdən ölümlərin 80% -i beş yaşdan kiçik uşaqlar arasında baş verir. Buna görə uşaq vərəminə son qoymaq,  yeni doğulmuş körpələrin və beş yaşınadək uşaqların ölümlərinə son qoymaq 2030 Davamlı İnkişaf Məqsədlərinin mərkəzində dayanır.

Bu kontektsdə, Azərbaycan Vərəmlə Mübarizə QHT Koalisiyası  (Azərbaycan Qızıl Aypara Cəmiyyəti Koalisiyanın üzvüdür) uşaqlar arasında  vərəmin yayılmasının qarşısının alınmasına diqqəti cəlb etmək məqsədilə, müxtəlif tədbirlərin Bakı və digər şəhər və rayonlarda təşkil olunmasını nəzərdə tutur.

Belə ki, fevral ayının 18-də  “Sağlamlığa Xidmət” İctimai Birliyi və Azərbaycan Valideyn-Müəllim Assosasiyasının birgə təşkilatçılığı, TB REP proqramının və Səhiyyə Nazirliyi Beynəlxalaq Proqramlar üzrə ÖƏK-in dəstəyi ilə vərəm haqqında maarifləndirici tədbir təşkil edilmişdir. Tədbirə vərəm müalicəsində olan uşaqlar, ölkə üzrə həm paytaxtdan, həm də regionlardan şagird, müəllim və valideynlər dəvət olunmuşdur. Tədbirin məqsədi uşaqların iştirakı ilə əyləncəli və maraqlı tərzdə qurulmuş səhnəciklərlə uşaqlara Vərəm/COVİD-19 haqqında mesajları çatdıraraq, onları maarifləndirməkdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi tədbirə xüsusi dəstəyini göstərmişdir. Tədbirdə UNİCEF-in Azərbaycandakı Nümayyəndəliyinin başçısı, Stop TB Partnership, TƏBİB və bir sıra yerli və xarici qurumların rəhbərləri və nümayyəndələri iştirak etmişdir.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “İcmaya əsaslanan sağlamlıq” Proqramının kordinatoru Mətanət Qaraxanova, Miqrasiya şöbəsinin mütəxəssisi Sona Hacıyeva tədbirə qatılaraq, çıxış etmişlər. Tədbirdə, Cəmiyyətinin könülləri (M.Qaraxanovanın rəhbərliyilə) tərəfindən yazılan “Sağlamlıq ölkəsinin əhvalatı” adlı hekayyə səhnəcikləşdirərək, AzQAC-məktəbli könüllüləri olan Çiçək Hüseynli və Ziya Nəsibli tərəfindən nümayiş etdirilmişdir.20210218_155828 IMG-20210218-WA0054 IMG-20210218-WA0057

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.