Az.QAC Suraxanı RB-si “8 Mart Beynəlxalq Qadınlar Günü” münasibətilə ehtiyacı olan tənha, ahıl və aztəminatlı ailələrə qadınlarına yardım göstərdi. Rayon ərazisində yaşayan 50 nəfər qadını sevindirdik. Təbir iştirakçılarını hissə-hissə idarəyə dəvət edib ərzaq yardımları paylanıldı. Az.QAC Suraxanı RB sədri Turan xanım Hüseynova Cəmiyyətin adından dəvət olunanlara bir daha “COVİD-19″ virusunundan qorunma qaydaları haqqında söfbət apardı və onlara bukletlər payladı. Dəvət olunanlar onlara diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.