Nazirlər kabineti yanında operativ qərərgahın təlimatına əsasən insanları maarifləndirmə məqsədi ilə Az.QAC Sumqayıt şəhər bölməsinin əməkdaşları və könüllüləri ilə birgə ənənəvi olaraq tədbirlər həyata kecirir. 22 aprel tarixində Sumqayıt şəhərinin müxtəlif yerlərində böyük marketlərin qarşısında – Hiper ,Gold Qayalı,Fəxri və digər ərazilərdə Covid-19-la bağlı maarifləndirmə işləri aparılmış, buklet və braşuralar, tibbi maskalar,spirt , dezinfeksiyaedici maye paylanılmışdı.Bölmə könüllüləri maarifləndirici plakatları marketlərin qarşısına yapışdırmış, əhali ilə prafilaktik söhbətlər aparılmışdı. İnsanları bir daha zərurət olmadığı halda küçələrə çıxmamağa,evdə qalmağa və bununla da özlərini, əhatələrini qorumağa səsləmişdilər.