TÜRKİYƏ QIZIL AYPARA CƏMİYYƏTİ
Kimə: Doktor Novruzəli Aslanov, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Prezidenti
Ankara, 2 Avqust, 2021
Hörmətli Prezident,
Bu çətin zamanda bizə göndərdiyiniz həmrəylik məktubunuza görə Sizə və Azərbaycan Qızıl Aypara Cəmiyyətinə öz dərin hörmət və ehtiramımı bildirirəm.
Biz, həmçinin dövlətlərimiz arasında əməkdaşlığı və Azərbaycan hökumətinin yanğınların söndürülməsi üçün təcili göndərmiş olduğu köməkliyi də minnətdarlıqla qeyd edirik.
Fövqəladə Hallar üzrə milli plan çərçivəsindəki rolumuza uyğun olaraq, Türk Qızıl Aypara Cəmiyyətinin qrupları zərər çəkmiş bütün rayonlarda tam səfərbər edilmişdir. Həmin qruplar humanitar yardım göstərilməsi işində, ilk növbədə, ərzaq yardımı edilməsi, psixososial dəstək verilməsi, yanğınların söndürülməsi və xilasetmə işlərinin dəstəklənməsi sahəsində fəal iştirak edirlər.
Hörmətlə,
Kərəm Kinik
Prezident