2-17.08 2021- ci il tarixlərində Yerli İcmaların Fövqəladə Hallar zamanı Sağlamlıq üzrə Dayanıqlığının güclənməsi və COVİD-19 pandemiyası layihəsi cərcivəsində Cəmiyyətimizin əməkdaşları, İcracı katibin müavini, Gənclər və könüllülər şöbəsinin müdiri Xalidə İsgəndərova, Miqrasiya şöbəsinin müdiri Məmməd Kətanov, Humanitar yardım şöbəsinin müdiri Əliağa Abbasov və Təchizat sektorunun rəhbəri Renat Vəliyev aşağıda adları cəkilən rayon bölmələrinə ezam olunmuşlar: Qobustan,Şamaxı,Sabirabad,Kürdəmir, Göycay, Ağdaş, Aqsu, Yevlax, Şəki, Bədrə, Zaqatala,Qax, Öğuz, Qəbələ, Şirvan Hacıqabul, Ağcabədi,Zərdab, Fizuli, Lənkəran, Cəllabad, Astara, Lerik, Yardımlı, Masalli, Beləsuvar.
Səfər zamanı rayonlarda manitorinqlər aparılmış,eyni zamanda QAC-nin əməkdaşları , icmalarda fəaliyyət göstərən könüllülərlə birgə təlimlər, görüşlər kecirilmişdir. Görüşlər zamanı əməkdaşların və könüllülərin gördükləri işlərin hesabatları dinlənilmiş və gələcək planları müzakirə olunmuşdur.
Yuxarıda adları cəkilən bütun rayon bölmələrinə COVİD- 19 pandemiyasının qarşısının alınması məqsədilə əhali arasında yayımlamaq ücün uz maskaları, spirtlər, üz ücün sipərliklər, ilk yardım cantaları, cap materialları verilmişdir. Eyni zamanda rayonlarda əhali arasında maskaların, gigenik vasitələrin, buklet və broşurların paylanılması kompaniyası da aparılmışdır.
Bu layihələrin həyata keçirilməsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının vasitəsilə bir sıra beynelxalq donorlar öz dəstəyini göstərmişdir. layihələrin həyata keçirilməsinə dəstək ABŞ Beynelxalq İnkişaf Agentliyi (USAİD), Avropa İttifaqı tərəfindən olunmuşdur. Az.QAC fürsətdən istifadə edərək donorlarımıza dəstəyə görə öz təşəkkürünü bildirir .
Rayon bölmələrimizdə silsilə tədbirlərimiz davam edir.
.