Dünyanın qorxulu bəlasına çevrilən COVID-19-la mübarizə çərçivəsində ümumi tədbirlər davam etdirilir.Belə ki, SOCAR Polymer MMC həmişə olduğu kimi AzQAC Sumqayıt şəhər bölməsinin ahıllarını unutmur ,hər zaman onları diqqətdə saxlayır . Pandemiyanı nəzərə alaraq bölmənin qeydiyyatında olan tənha ,kimsəsiz 100 ehtiyaclı ahıllara geniş ceşidli ərzaq bağlamaları və ət payları göndərilmişdi .Qaydalar nəzərə alınaraq ahıllarımızın müəyyən qisminə ofisdə növbə ilə ərzaq bağlamaları və ət payları paylanıldı .Əsasən yerdə qalan ahıllarımızın payları bölmə könüllüləri tərəfindən evlərində catdırıldı. Göstərilən daimi bu diqqət ucun ahillarimiz da öz növbələrində SOCAR Polymerin rəhbərliyinə və əməkdaşlarına öz dərin təşəkkür və minnətdarlıqlarını bildirdilər.