Az.QAC-nin və BQXK-nin təşkilatçılığı ilə Sumqayıt şəhərində 2 günlük İcmalar ücün İlk yardım seminarı təşkil olundu. Görüşdə BQXK-nin İlk yardım üzrə mütəxəssisi İsgəndər Mina və məsul işcisi Lyudmila Şepelyova
Az.QAC-nin İlk yardım şöbəsinin koordinatoru Dr.Leyla Məmmədova iştirak edirdi.Tədbiri giriş sözu ilə AzQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova açaraq qonaqları və iştirakçıları salamlayaraq təlim haqqında məlumat verdi.Qonaqlarda öz növbələrində iştirakçıların bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün İlk Yardım təliminin vacibliyindən danişdilar .Daha sonra bölmə təlimçiləri İxtiyar Quliyev, Taleh Bədəlov və Lalə Cəlilzadə İlk Yardım nədir,Bərpa vəziyyət ,Tənəffüs yollarının tutulması, Qanaxma, sınıqlar, zəhərlənmələr, yaralar və digər mövzular ətraflı formada izah edərək , praktiki göstərildi.İştirakçiları maraqlandıran suallar cavablandırıldı.