Gənclər, İdman Baş idarəsi və Gənclər, İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatcılığı ilə Sumqayıt şəhəri Heydər Əliyev Mərkəzində 44 günlük Vətən müharibəsinə həsr olunmuş “Bilik” adlı intellekt oyunu keçirildi. Yarışda şəhərin müxtəlif sahələrini təmsil edən bir çox təşkilatların gəncləri ilə yanaşı AzQAC Sumqayıt şəhər bölməsinin könüllüləri də iştirak edirdi. Gərgin və maraqlı kecən oyunun sonunda AzQAC könüllülər I yerə layiq görüldülər.