Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanovun rəhbərliyi ilə AzQAC- nin nümayəndə heyəti Qarabağa rəsmi səfər ediblər.
Səfərin məqsədi işğaldan azad olunmuş Füzuli, Cəbrayıl rayonlarına və Ağdam şəhərinə dəymiş humanitar zərərin qiymətləndirilməsi, gələcəkdə AzQAC-ın digər rayonlarında məskunlaşmış yerli ofislərinin həmin bölgələrə köçürülməsi məsələsini nəzərdən keçirmək olub. Novruz Aslanov Füzuli, Cəbrayıl, Ağdam rayonlarının icra hakimiyyəti başçıları, həmçinin Prezidentin Ağdam üzrə xüsusi nümayəndəsi Emin Hüseynovla görüşmüş, onlarla humanitar sahədə gələcək perspektivlər barədə fikir mübadiləsi aparmışdır. Novruz Aslanovun həmin rayonların yerli bölmələrinin könülləri ilə də görüşü olmuş və İkinci Qarabağ müharibəsi dövründə öz üzərilərinə düşən humanitar missiyanı layiqincə yerinə yetirdiklərinə görə onlara təşəkkür etmişdir.
Nümayəndə heyəti Cəbrayıl və Füzuli rayonlarında mina təhlükəsinin olması səbəbini nəzərə alaraq, təhlükəsiz ərazilərə gedərək erməni vandallığının canlı şahidi olublar. Ağdam şəhərində məscidi və Şahbulaq qalasını ziyərət edib, sürətlə gedən bərpa işləri ilə tanış olmuşlar.
Novruz Aslanov bildimişdir ki, qısa müddətdə Qarabağda həyata keçirilən bərpa-tikinti işlərində bütün əlaqədar qurumların əməkdaşları yorulmadan və çox böyük həvəslə çalışırlar. Bu mənzərəni görmək bizim üçün qürurvericidir. Cənab Prezident İlham Əliyevin vurğuladığı əsas məsələlərdən biri də tezliklə köçkünlərimizin öz yurdlarına qayıtmasıdır və bunun üçün dövlətimiz bütün resurslarını səfərbər edib
Eyni zamanda nümayəndə heyətindən AzQAC_nin idarə rəisi Əziz Qocayev, icraçı katib Ceyhun Mirzəyev işğaldan azad olunmuş ərazilərimizdə səfərdə olublar.