IMG_9027

“14 noyabr – Ümumdünya Diabet Günü” “Park Bulvar” AVM-də keçirildi

13 noyabrda “Park Bulvar” AVM-də mərkəzin dəstəyi və köməyi ilə “14 noyabr – Ümumdünya Diabet Günü” ilə bağlı “Gəlin, sağlam qidalanmanı imtiyaz kimi yox, haqq kimi qəbul edək. Sabahı dəyişmək üçün bu gün hərəkətə keçək!” şüarı altında maarifləndirmə aksiyası keçirildi.

Aksiyanın təşkilatçıları İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Respublika Endokrinoloji Mərkəzi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) və Azərbaycan Diabet Liqası (ADL) Qeyri-infeksion xəstəliklərin risk faktorları olan tütünçəkmə, piylənmə, yüksək qan təzyiqi, qeyri-sağlam qidalanma tərzi, fiziki aktivliyin olmaması ilə mübarizə və bu sahədə maarifləndirmə işlərinin aparılması məqsədilə müxtəlif tədbirlər təşkil edir. Qeyri-infeksion xəstəlikləri qrupuna aid olan şəkərli diabet Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2006-cı ildə qəbul etdiyi xüsusi bəyannaməsinə görə “ağır xroniki xəstəlik” kimi qələmə verilir və O digər xəstəlikləri kəskinləşdirə, ana və uşaq sağlamlığına mənfi təsir göstərə bilər. Bu xəstəliyin yüksək artımı eyni zamanda onun yaratdığı tibbi, sosial, iqtisadi, psixoloji və digər problemləri də qabardır.

Ümumdünya Diabet Gününün keçirilməsi ilə bağlı təklif 1991-ci ildə Beynəlxalq Diabet Federasiyası və ÜST tərəfindən dünyada diabet hallarının yüksəlməsinin qarşısını almaq məqsədilə irəli sürülüb. 2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilən qətnaməyə əsasən, 2007-ci ildən etibarən hər il noyabrın 14-ü BMT-nin Ümumdünya Diabet Günü kimi hesab olunur. Bu gündə ictimaiyyət xəstəliyin səbəbləri, simptomları, fəsadları və müalicəsi ilə bağlı məlumatlandırılır, xəstəliyin inkişafının qarşısının alınması yolları araşdırılır.

Keçirilən aksiya zamanı Qızıl Aypara Cəmiyyətinin və ADL-nın könüllüləri “Park Bulvar” ATM-ə gələn insanlara şəkərli diabet, sağlam həyat tərzi, fiziki aktivlik mövzularında İSİM tərəfindən tərtib və çap edilmiş maarifləndirmə materiallarını payladılar. Eyni zamanda mərkəzə gələnlərə  İSİM və ADL-nın tibbi heyyəti tərəfindən təmənnasız qanda şəkərin yoxlanılması və ümumi tibbi müayinə kimi işlərin aparılması elan olundu və nəticədə 100-dən artıq insanın müayyinədən keçmək imkanı yaradıldı, həkim məsləhəti verildi.

Aksiya zamanı çıxış edən Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti cənab Qafar Əsgərzadə, İSİM-in layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə və ADL-ın sədri Yegana Sultanova tədbir iştirakçılarına müraciət edərək onları sağlamlıqlarına, həyat tərzlərinə diqqətli olmağa və düşüncəli yanaşmağa çağırdılar. Hər üç təşkilatın nümayəndələri dövlət və qeyri-hökümət qurumlarını təmsil edərək,  mandat və missiyalarına uyğun olaraq bu xəstəliyin aradan qaldırılmasında, inkişafının qarşısının alınmasında, xəstəlikdən əziyyət çəkən insanlara diqqət və qayğının göstərilməsində əməli dəstəyin verilməsinə hazır olduqlarını qeyd etdilər.

Aksiyanın maraqlı keçməsi və eyni zamanda insanların şəkərli diabet haqqında biliklərinin səviyəsinin yoxlanılması məqsədilə sual-cavab viktorinası keçirildi və qaliblər hədiyyələrlə mükafatlandırıldı. Aksiyanın artıq ənənəyə çevirilmiş bir tədbirini qeyd etmək lazımdır ki, bu da mərkəzdə şəkərli diabeti olan 30 nəfər uşaqlara əyləncənin təşkil edilməsidir. İSİM tərəfindən uşaqlara hədiyyələr təqdim olundu.

Fürsətdən istifadı edərək hər üç təşkilatçı qurumların adından “Park Bulvar” ATM-nin rəhbərliyinə dəfələrlə belə bir tədbirlərin keçirilməsi üçün müvafiq şəraitin, imkanın yaradılmasına, dəstəyin göstərilməsinə görə təşəkkürlər bildirildi.

Hər il müxtəlif şüar altında keçirilən Ümumdünya Diabet Gününün dəyişilməz amalı belə səslənir: “Güc birlikdədir!” və günün emblemi olan mavi dairə şəkərli diabet ətrafında hamının birləşməsini simvolizə edir. Beləliklə aksiyanın sonunda bütün tədbir iştirakçıları günün rəmzinin ətrafında toplaşmaq məqsədilə qöy şarlarla dairə yaradıb “Güç birlikdədir”sözlərinin səsləndirdilər və sarları göyə buraxdılar6mBKnYksls-zb2b3HyO01kkLnAs-QsVAYdgVHnfcF1g,h_dOM6vZOAUEu1pKrM3E5xqeaVk7Bku83tFrM3-Po7E 12226858_10206789724815537_1775641227_n 12231665_10206789724895539_165841495_n 12233233_10206789724655533_285383808_n 12233381_10206789724615532_312849505_n 12233506_830375007060125_1852425318_n 12243706_10206789724575531_753950441_n 12244050_10206789724735535_1739930684_n 12246849_1079408228744123_576925232161391119_n 12248785_10206789724935540_1739690428_n IMG_9015 IMG_9037 IMG_9039 IMG_9053 IMG_9069 XbvunHEtruMlOoh7s9ObLow0A1uEmwC9W0WNcKHkhQk,ODZuLXHV7sW-LRI-mkU3mGzYLVJc9nrCR6-31flItSk z4Sn9jzYh890TK_1ihGEKVDPiAt6HAWPdx9TyYvCMfo,kFOKa45TavIEzhgqTEz9kmBpb_L27mAQ13mT0f7Qk_I

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.