14 noyabr Ümumdünya Diabet Günü bəşəriyyətin diqqətini şəkərli diabetlə bağlı problemlərə yönəltmək məqsədi ilə və Ümumdünya Səhiyyə Təşkilatının və Beynəlxalq Diabet Federasiyasının tövsiyələrinə görə 1991-ci ildən qeyd olunur. Bu gün eyni zamanda böyük həkim, alim, Nobel mükafatı laureatı, insulini kəşf edən Frederik Bantınqın anadan olması günüdür. 2007-ci ildən isə 14 noyabr BMT günü elan edilərək bütün üzv dövlətlərdə xüsusi qeyd edilir.
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 20 dekabr 2006-cı il tarixli 61/225 saylı qətnaməsində bildirilir ki: ”Şəkərli diabet xroniki, üzücü, böyük xərclər tələb edən, ağır xroniki fəsadlarla müşayiət edilən xəstəlikdir, hansı ki, ailəyə, üzv dövlətlərə, bütün dünyaya böyük təhlükə yaradır və beynəlxalq səviyyədə inkişaf məqsədlərinə ciddi maneçilik törədir”. Dünyada şəkərli diabetə düçar olmuş insanların sayı 300 milyona yaxındır. Xəstəliyin geniş miqyasda artımı əhalinin sağlamlığının ümumi səviyyəsini azaldır. Şəkərli diabetin yayılma tempinə görə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) onu qeyri-infeksion epidemiya kimi dəyərləndirir. Bu məsələyə düzgün yanaşma olmadıqda 2035-ci ilə 600 million insanda şəkərli diabet aşkar oluna bilər.
Azərbaycanda şəkərli diabet xəstələrinin sayı 200 mindən artıqdır. Bu xəstəlik bizim müdaxiləmizi tələb edən mühüm məsələlərdən biridir və onun aradan qaldırılmasında, xəstəliyin inkişafının qarşısının alınmasında dövlət və qeyri-dövlət təşkilatlarının birgə səylərinin göstərilməsi vacibdir. Məhz elə bu səbəbdən Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) artıq ənənəvi olaraq ona daimi dəstək duran tərəfdaş təşkilatlarla müxtəlif maariflənidirici tədbirlər təşkil edir. Belə ki, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Azərbaycan Diabet Liqası (ADL), “Sağlam Ailə” Tibb Mərkəzi ilə birlikdə Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) nəzdində yaranmış “Etika Akademiyasın”da şəkərli diabet mövzusuna və 14 Noyabr ÜDG-nə həsr edilmiş növbəti təşəbbüsün keçirilməsi əməkdaşlığın bariz nümunəsidir.
Qeyd etmək lazımdır ki, “Etika Akademiyası”AGAT-ın ınkişaf və tədris mərkəzidir və burada gənclər və iş dünyasında uğur qazanmaq istəyənlər üçün xüsusi tədris mexanizmi təklif olunur. Yarandığı gündən bu günə kimi “Etika Akademiyası” AzQAC-la sıx əməkdaşlıqda çox maraqlı və faydalı tədbirlər təşkil edir. Daimi bir birinə dəstək duran hər iki təşkilatının səyi nəticəsində gənclərimiz, gələcək nəslimiz digər mövzularla yanaşı sağlamlıqlarının qorunması məqsədilə mütəmadi olaraq maarifləndirilir.
Tədbir zamanı dəvət olunanların arasında qanda şəkərin yoxlanılması və ümumi tibbi müayinə kimi işlər aparıldı və nəticədə iştirak etmiş 30 nəfərdən 4-də şəkərli diabet riski aşkar olundu, bununla bağlı müayinədən keçən şəxslərə həkim məsləhəti verildi. Bu şəkərli diabetın muayinəsinin birinci mərhələsi hesab olunur, diaqnozun tam qoyulması üçün bir necə digər testlərdən keçmək lazımdır. Beləliklə mərkəzin həkimləri tərəfindən muayinədən keçən şəxslərə növbəti yoxlamalar üçün mərkəzə gəlmələri tövsiyə olundu.
Muayinələr, məsləhətlərlə yanaşı tədbir zamanı iştirakçılar arasında İSİM tərəfindən hazırlanmış maarifləndirmə materialları paylanıldı.
Tədbir zamanı hər üç təşkilatın adından Etika Akademiyasının SədriGünel xanım İbrahimə və onun simasında EA-nın bütünəməkdaşlarına yaradılan səmimi şəraitə və daimiaparılan təşəbbüslərdə dəstəyə, AGAT-ınrəhbərliyi və bütün əməkdaşlarına dəstəyə və fəal iştiraka, “Sağlam Ailə” TibbMərkəzinə, mərkəzin rəhbərliyi və tibb heyyətinə tədbir zamanı apardığı təmənnasızfəaliyyətə və əməkdaşlığa görə dərin təşəkkürlər bildirildi.
Bu tədbirin 14 noyabr Ümumdünya Diabet Gününün qeyd olunmasına dair son rəsmi tədbir olmağına baxmayaraq xəstəliklə bağlı birgə maarifləndirici işlər davam etməkdədir. Çünki günün şuarında deyilən kimi “Güc birlikdədir!” və “Sabahını düşünmək üçün bugün hərəkət etmək lazımdır”