hl-4927789892.jpeg

COVİD-19 pandemiyasında vərəmin aşkarlanmasında rəqəmsal texnologiyaların tədbiqi

Sosial təcrid dövründə əhalinin hərəkətinin minimuma endirilməsi nəticəsində ağciyər xərçəngi, vərəm kimi xəstəliklərin aşkarlanmasında geriləmə baş verdi. 14 oktyabr tarixində yayımlanan ÜST-nın 2021-ci il Qlobal Vərəm hesabatına əsasən, 2020-ci ildə vərəmin aşkarlanması 2019-cu illə müqayisədə 18% aşağı düşmüş, 2012-ci il səviyyəsinə gəlib çatmışdır. Vərəmin profilaktik tədbirlərində isə 2019-cu illə müqayisədə 21% azalma olmuşdur. Vərəmin aşkarlanmasında azalma təəssüf ki, ölkəmizdə də müşahidə edilmişdir.

COVID-19 pandemiyası rəqəmsal texnologiya məhsullarının, tibbi avadanlıqların, evdə müayinəni mümkün edən portativ tibbi müayinə metodlarının tətbiqinin vacibliyini bir daha gündəmə gətirdi. Müayinələrin mərkəzsizləşdirilməsi virusa yoluxma hallarının sayının azalmasına xidmət edir. Ölkəmizdə vərəmin aşkarlanması, əhalinin COVİD-19 və vərəmlə bağlı maarifləndirilməsi üçün bir sıra qurumlar rəqəmsal texnologiyaları tətbiq etməklə epidemioloji vəziyyəti yaxşılaşdırmaq üçün hərəkətə keçmişlər.

“Sağlamlığa Xidmət” İctimai Birliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu publik hüquqi şəxs və Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyası (Azərbaycan Qızıl Aypara Cəmiyyəti üzvü) birgə əməkdaşlıq çərçivəsində, “Sağlam xidmət göstər”şüarı altında Quba, Qusar, Astara, Lənkəran, Masallı, Gəncə, Goranboy və Bərdə rayonlarının ucqar kəndlərində yaşayan əhali üçün ödənişsiz döş qəfəsinin rentgen müayinələrini təşkil edib. Aksiya 29 sentyabr-16 oktyabr tarixləri arasında həyata keçirilib. Müayinələr Yaponiya istehsalı “Fujifilm FDR X-Air” rəqəmsal, süni intellekt üstünlüyü olan portativ rentgen avadanlığı vasitəsilə həyata keçirilmişdir. Aparatın üstünlüyü onun çəkisinin cəmi 6 kg olması, daha az ultrabənövşəyi şüalar buraxmaqla daha keyfiyyətli və dəqiq görüntü əldə olunmasıdır.

Cihazın eyni zamanda açıq havada istifadəsi və batereya ilə ardıcıl 100 nəfəri müayinə etmək xüsusiyyətinin olması onun ucqar kəndlərdə, elektrik olmayan ərazilərdə istifadəsi üçün böyük üstünlük verir.

Ümumilikdə 1070 nəfər müayinədən keçirilib. Ağciyərlərində dəyişiklik qeydə alınan vətəndaşlar RMX-də terapevtə və ya ftiziator müayinəsinə yönləndirilmiş, vərəm şübhəsi olan şəxslərdən isə aksiya zamanı müayinə üçün bakterioloji müayinə üçün nümunə toplanmışdır.

Dövlət və qeyri-dövlət sektorunun uğurlu əməkdaşlığı nəticəsində ən ucqar kəndlərdə yaşayan vətəndaşlar belə ödənişsiz müayinələrdən yararlanmışdır.

Azərbaycan Vərəmlə mübarizə Koalisiya üzvləri 2020-ci ilin oktyabr ayında Azərbaycanın Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən bombalandırılan yerə baş çəkmişlər. “Erməni terrorizmə YOX!” şüarları üzərində yazılan plakatlarla toplanmışlar.

İlin sonuna qədər bu cür aksiyaların digər rayonlarda təşkil edilməsi planlaşdırılır.hl-4927789878.jpeg (1) hl-4927789904.jpeg hl-4927789940.jpeg hl-4927789964.jpeg (1)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.