28 oktyabr 2020 _ci il tarixində qarşı tərəfin növbəti humanitar atəskes rejimi və cenevrə konvensiyasının hüquq normalarını kobudcasına pozaraq Bərdə şəhərində mülki əhaliye qarşı qanunsuzluqlar törətməsi nəticədə həlak olmuş Azərbaycan Qızıl Aypara cəmiyyətinin könüllüsü Mustafayev Məhərrəmin ölümündən 1 il keçir. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov oktyabrın 28-də Bərdəyə səfər edərək mərhum Məhərrəm Mustafayevin qəbrini ziyarət edib, ailəsinə baş çəkib və onlara başsağlığı verib. Ailə üzvləri ilə səmimi söhbətdə millət vəkili mərhumun könüllü kimi fəaliyyətindən danışıb, onun ehtiyaclı insanlara yardımların çatdırılmasındakı əməyini yüksək qiymətləndirib. Sonra Novruz Aslanov AzQAC-ın rayon bölmə sədrlərinin və könüllülərin iştirakı ilə regional müşavirə keçirib. Müşavirə iştirakçıları bu il ərzində görülən işlər, xüsusilə Vətən müharibəsindən sonrakı dövrdə zərər çəkmiş mülki əhaliyə edilən yardımlar, pandemiya dövründə həyata keçirilən humanitar layihələr baradə ətraflı məlumatlar veriblər.Sonda qarşıda duran vəzifələr ətrafında müzakirələr aparılıb, müvafiq tövsiyə və tapşırıqlar verilib.