IMG-20211123-WA0092

Miqrant ailələrə “COVİD-19 və psixi sağlamlıq” adlı tədbirlər həyata keçirildi

2019 ildə (COVİD-19 pandemiyasından öncə)  Beynəlxalq İnkişaf üzrə ABŞ Agentliyi  (USAID) və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) maliyyə və texniki  dəstəyilə “Səhiyyə sahəsində yerli icmaların fövqəladə vəziyyətlərə dayanıqlığın artırılması” layihəsinə start verilmişdir. Bu layihə çərçivəsində  Azərbaycanın fəlakətə meyilli bölgələrindəki ən zavallı icmalara sağlamlıq risklərini və fövqəladə halların və fəlakətlərin təsirini idarə etmək məsələlərə dair təlimatlandırılma və digər tədbirlər həyata keçirilir.

Layihə çərçivəsində Azərbaycanda COVİD-19 pandemiyasının (FH olaraq) insan sağlamlığına, onun psixi durumuna təsirləri barədə məlumatlandırma yönümlü  tədbirlər  zavallı qrup insanlar arasında  həyata keçirilir.  Azərbaycanda yaşayan miqrantlar bu qrupa aid olanlardır.

Belə ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti  Miqrasiya və “İcmaya əsaslanan sağlamlıq” proqramları çərçivəsində miqrant ailələri üçün “COVİD-19 pandemiyası  və psixi sağlamlıq” mövzusuna həsr edilmiş tədbirlər həyata keçirilmişdir.

2021ci il 23 noyabr tarixində keçirilən tədbir Azərbaycan Qadınlar Cəmiyyəti və Binəqədi rayon üzrə Qadınlar Cəmiyyətinin dəstəyi  ilə birgə keçirilmişdir. Tədbirdə AzQAC-in nümayyəndələri S.Hacıyeva və M.Qaraxanova iştirak etmişlər.

M.Qaraxanova tədbir iştirakçılara ÜST 10 oktyabr -Ümumdünya Psixi Sağlamlıq günü ” ilə əlaqədar, psixi sağlamlığın ümumi sağlamlıqda vacib rolunu vurğulayaraq, COVİD-19 pandemiyanın psixi sağlamlığa olan  təsirləri barədə geniş məlumatı çatdırdı. M.Qaraxanova bir daha insanların bir birinə diqqətli olmasını, özləri və ətrafdakı insanlarda hər hansı bir psixoloji narahatlıq olduğu halda (depressiya, əhval ruhiyyənin olmaması, suiqəsd və s.)  vaxtında düzgün davranaraq, dəstək verməsinə dair ÜST-n tövsiyyələrini səsləndirmişdir. O, bununla bağlı insanların psixi sağlamlığa dair maariflənməsinin vacibliyini qeyd etdi. Tədbir iştirakçıları ilə kiçik qruplarda S.Hacıyeva və M.Qaraxanova tərəfindən psixi sağlamlıqla bağlı söhbət edildi və COVİD-19 pandemiyasında psixi sağlamlığın qorunmasına aid vərəqələrdə  olan məlumatlar iştirakçılara izah edilərək, paylanıldı.

Digər  tədbir (maarifləndirici seminar) isə 2021 ci il 25 noyabr tarixində AzQAC ofisində baş tutdu. AzQAC-in Miqrasiya şöbəsinin mütəxəssisi  S.Hacıyeva və “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru  M.Qaraxanova seminar iştirakçılarına COVİD-19 pandemiyanın psixi sağlamlığa olan  təsirləri barədə, psixoloji narahatlıqların xüsusiyyətləri və bu hallarda göstərilməsi nəzərdə tutulan ilk psixoloji yardımın prinsipləri barədə  geniş məlumatları çatdırdı. Kiçik qruplarda psixi sağlamlıqla bağlı söhbət və fikir mübadiləsi edildi. Sonda layihə çərçivəsində  hazırlanan  psixi sağlamlığın qorunmasına aid məlumatlarla olan vərəqələr və gigiyenik dəstlər paylanıldı.

Miqrant ailələrinin üzvləri AzQAC tərəfindən daim onlara diqqət və qayğı göstərilməsini yüksək qiymətləndirərək,  S.Hacıyevaya və M.Qaraxanovaya  öz dərin minnətdarlığını bildirmişlər.IMG-20211123-WA0097 IMG-20211123-WA0098 IMG-20211123-WA0102 IMG-20211123-WA0103 IMG-20211125-WA0048 IMG-20211125-WA0054 IMG-20211125-WA0067 IMG-20211125-WA0093

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.