İclası giriş sözü ilə açan AzQAC-ın prezidenti İdarəetmə Şurasının sədri, Milli Məclisin deputatı Novruz Aslanov 2021-ci ilin aktiv iş ili kimi yadda qaldığını söylədi. BQXQA Hərəkatının COVİD-19 ilə mübarizə çərçivəsində pandemiya dövründə nümunəvi işlər gördüyünü bildirdi. AzQAC-ın şəhər və rayon bölmələrinin bu ildə də çox yüksək səviyyədə fəaliyyət göstərdiklərini qeyd etdi. Yerli bölmələrin güclü fəaliyyəti humanitar təşkilat olaraq AZQAC-ın gücünün artması deməkdir. Bizim fəaliyyətimizin güclü olması məhz, təşkilatı inkişafdadır – deyə Şuranın sədri əlavə etdi. Çətin şəraitin olmasına baxmayaraq biz çəkinmədən insanlara humanitar yardımlar etdik, onların yanında olduq. Cəmiyyətin prezidenti çıxışında, həmçinin, müharibədən zərərçəkmiş ərazilərə səfər etdiklərini, ehtiyacları müəyyənləşdirdiklərini və oradakı şəraitlə tanış olmaqla qiymətləndirmə işlərini apardıqlarını Şura üzvlərinə çatdırdı.
2021-ci ildə BQXQAC Federasiyasının Baş katibi Jagan Chapagainin, həmçinin, BQXK-nın vitse-prezidenti Gilles Carbonnierin ölkəmizə rəsmi səfəri və AzQAC-ı ziyarət etmələrinin tarixi əhəmiyyət kəsb etdiyini xüsusi olaraq vurğuladı.
Daha sonra çıxış edən AzQAC-ın vitse-prezidenti Rövşən Əliyev Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Baş katibi Jagan Chapagainin, Avropa regionu üzrə direktoru xanım Birgitte Bischoff Ebbesen və Beynəlxalq federasiyanın Cənubi Qafqaz ölkələri üzrə nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Davron Muhammadiyev ilə birlikdə Ağdam və Füzuli rayonlarına səfər etdiklərini bildirdi. Səfər zamanı Ağdam rayon icra hakimiyyətinin 1-ci müavini Əliyev Allahverən və Fizuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev ilə görüşün baş tutduğunu söylədi. Daha AzQAC- nin həm Füzuli, həm də Ağdam rayon bölməsinin fövqəladə mobil könüllü dəstələri tərəfindən ilk yardım üzrə simulyasiya məşğələsi baş tutduğunu və könüllülərin öz bacarıqlarını nümayiş etdirdiklərini iştirakçıların nəzərinə çatdırdı. Qonaqların daha sonra AR Baş nazirinin müavini Əli Əhmədovla, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə, daha sonra XİN-nin müavini Elnur Məmmədovla görüşdükləri bildirdi.
AzQAC-ın idarə rəisi- vitse-prezident Əziz Qocayev çıxışında şəhər və rayon bölmələrinə sədrlərin seçilməsi üçün hesabat-seçki konfranslarının keçirildiyini bildirdi. Hesabat-seçki konfranslarının mövcud pandemiya şəraitinə uyğun olaraq onlayn şəkildə baş tutduğunu söylədi. 2021-ci il ərzində Sumqayıt, Sabirabad və Gəncə regional mərkəzləri fəaliyyətləri ilə xüsusilə seçilmişlər.
Daha sonra çıxış edən Mətanət Məhərrəmova fəaliyyətlərin güclü olması üçün digər dövlət və qeyri-hökumət təşkilatları ilə münasibətlərin doğru qurulmasının vacib olduğunu bildirdi. Mövcud problemlərin həllinin dövlət strukturları ilə qarşılıqlı əlaqələrin düzgün qurulması nəticəsində olacağını bildirdi.
AzQAC-ın İcraçı katibi Ceyhun Mirzəyev 2021-ci il üçün AzQAC-ın illik fəaliyyəti haqqında təqdimat etdi. Müvafiq sahələr üzrə statistik məlumatlar verdi. Məqsədimizin daha güclü Milli Cəmiyyətə nail olmaq üçün strukturumuzun inkişafına nail olmaq olduğunu xüsusi qeyd etdi. Önümüzdəki 4 il ərzində strateji inkişaf planında nəzərdə tutduğumuz bütün məqsədlərimizə çatacağımızı bildirdi.
Daha sonra İcraçı katibin müavini Səbinə Məhbubi İran həyata keçirilən layihələr və bu layihələrdən bəhrələnənlər haqqında geniş təqdimatla çıxış etdi. Ətraflı statistik məlumatlar verdi.
Daha sonra təşkil edilən Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə əlaqədar olaraq təşkil edilən ziyafətdə çıxış edən AzQAC-ın prezidenti Novruz Aslanov Cəmiyyətin çoxsaylı üzvlərini, könüllülərini və kollektivini Bu münasibətlə təbrik etdi. Onlara İşlərində uğurlar arzuladı.