9958

Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyasının 10 illik fəaliyyətinə həsr olunmuş Konfrans keçirilib

Dekabrın 23-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycanda Səhiyyə sahəsində Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyası və Sağlamlığa Xidmət İctimai Birliyinin birgə təşkilatçılığı  Azərbaycan Vərəm Əleyhinə QHT Koalisiyasının 10 illik fəaliyyətinə həsr olunmuş Konfrans keçirilib.

Konfrans eşitmə məhdudiyyətli şəxslərin (bu təşkilat Koalisiyanın üzvüdür) Azərbaycan Respublikasının Dövlət Himninin surdo formatda nümayişi ilə başlayıb.

Konfransı giriş sözü ilə açan Ölkə Əlaqələndirmə Komissiyasının Katibliyinin nümayəndəsi Aytən Hüseynova Vərəm Əleyhinə QHT Koalisiyasının 2011-ci ildə Millət vəkili Soltan Məmmədov və Sağlamlığa Xidmət İctimai birliyinin sədri Elçin Muxtarlının təşəbbüsü ilə yaradıldığın  və ötən dövr ərzində uğurlu fəaliyyət göstərərək cəmiyyətə töhfə verdiyini qeyd edib.

Konfransda Ədliyyə Nazirliyi Tibb Baş İdarəsi nin rəisi Rafail Mehdiyev, TƏBİB-in Xəstəliklərin Profilaktikası və Kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva, Millət vəkili və Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Sədaqət Vəliyeva, Elmi-Tədqiqat və Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova, QİÇS- lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov, İxtisaslaşmış Müalicə Mərkəzinin baş həkimi Müsəllim Əmiraslanov açılış nitqləri söyləyərək Koalisiyasının ötən müddət ərzində fəaliyyətini yüksək qiymətləndirmişdirlər.

Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasının sədri, “Sağlamlığa Xidmət” İctimai birliyinin sədri Elçin Muxtarlı koalisiyanın fəaliyyəti və gördüyü işlər haqqında geniş təqdimatla çıxış edib.

Konfransda Vərəm Əleyhinə QHT Koalisiyasının gördüyü işlər və həyata keçirdiyi tibbi-sosial yönümlü layihələr barədə məlumatlar verilərək, “Koalisiyanın 10 ildə keçdiyi yol” adlı film nümayiş olunub.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (Sona Hacıyeva və Mətanət Qaraxanova təmsil edənlər) Koalisiyasıyanı üzvüdür. Konfransda bütün üzv təşkilatların nümayyəndələri  10 il ərzində Koalisiyanın fəaliyyətləri çərçivəsində öz təşkilatların rolunu və iştirakını nümayiş etdirən təqdimatlarla çıxış etmişlər. AzQAC-n  Koalisiyada rolu və iştirakı barədə Cəmiyyətin Miqrasiya şöbəsinin mütəxəssisi,  layihə koordinatoru Sona Hacıyeva  təqdimatla çıxış etmişdir.

Konfransın sonunda Vərəm sahəsində xidmətlərinə görə töhfəsi olan şəxslərə Təşəkkürnamələr təqdim olunub və xatirə şəkilləri çəkilib.  AzQAC nümayyəndələri də bu təltifə layiq görülmüşlər.IMG-20211223-WA0101 RAFO9936 RAFO9937

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.