2021-ci il dekabrın 20-29 dekabr tarixində Türkiyə Qızıl Ay tərəfindən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayyəndələri və könüllüləri üçün təşkil edilən İlk yardım təlimləri uğurla başa çatdı. Qeyd etmək lazımdır ki, təşkil edilən ilk yardım təlimi beynəlxalq standartlara cavab verən dünya təcrübələrinə əsaslan təlimlərdəndir. Təlim Türk Qızıl Ayının Beynəlxalq İlk Yardım və Sağlam Yaşlanma Təlim Modullar əsasında və yüksək peşəkar mütəxəssislər tərəfindən keçirilirdi və İlk Yardım Təlimçilərinin hazırlanması məqsədini daşıyırdı.
10 gün ərzində iştirakçılar həm təlimçi həm də ilk yardım və sağlam yaşlanmaya dair müxtəlif mövzulara dair bilik və bacarıqlarına yiyələndilər. Belə ki, təlimin ilk 3 günündə iştirakçılara təlimçinin təlimin aparılması qaydaları, təqdimatın hazırlanması və auditoriyaya çatdırılması, iştirakçılarla ünsiyyət və davranış və digər təlim standartlar, qaydalara dair məlumatlar çatdırılmışdır. Sonra 2 gün ərzində təlim iştirakçılarına zərərçəkənə İlk Yardımın həyata keçirilməsinə dair geniş məlumatlar təqdim edilmişdi. Bu məlumatlar iştirakçılara maneken və digər ləvazimatlar üzərində nümayiş olunurdu. Son 2 gün ərzində isə iştirakçılara dünyada yayılan və daha çox ölümlərə səbəb olan qeyri-yoluxucu xəstəliklərə dair məlumatlar və bu xəstəliklərin qarşısının alınmasında “Sağlam yaşlanma” adlı təlimin təqdimat və praktiki materiallar nümayiş olunmuşdu.
Təlim iştirakçılarına təlim boyu çatdırılan məlumatları özlərinin təcrübədən keçirtmək imkanı yaradılmışdır. İştirakçılar kiçik qruplara bölünüb, müxtəlif ilk yardım üzrə tapşırıqları yerinə yetirirdilər. Bununla yanaşı hər iştirakçı ilk yardım mövzusuna dair təqdimat yazırlayıb, iştirakçıların qarşısında çıxış etmişdi. İştirakçıların yerinə yetirdiyi tapşırıqlar təlimçilər tərəfindən qiymətləndirilirdi. Sonra isə iştirakçılar arasında keçdikləri bütün mövzulara dair test keçirilmişdir. Nəticə olaraq, iştirakçılar təlimi uğurla başa vurub, sertifikatlara layiq görülmüşlər.
Beləliklə, çox yüksək səviyyəli, maraqlı və insan sağlamlığını və həyatını qorumaq baxımından vacıb mövzuları özündə əks edən, səmimi bir atmosferdə keçirilən bu təlim AzQAC-n nümayyəndələri və könüllüləri üçün çox faydalı oldu. Bu sahədə fəaliyyətlərinin Türk Qızıl Ayı ilə davamlı şəkildə həyata keçirilməsi və genişlənməsi nəzərdə tutulur.