Lactalis Caspi MMC tərəfindən göndərilən humanitar yardımlar Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan tənha, ehtiyaclı ahıllara və ailələrə təqdim olundu. Ahıllar da öz növbələrində onları diqqətdə saxlayan AzQAC Sumqayıt şəhər bölməsinin əməkdaşlarına və xeyriyyəçi təşkilat nümayəndələrinə minnətdarlıqlarını bildirdilər. Humanitar yardımlar bölməyə gəlmək iqtidarında olmayan yataq xəstələrinə bölmə könüllüləri tərəfindən evlərində çatdırıldı.