foto (23)

AzQAC Sumqayıt şəhər bölməsinin FMKD üzvlərinin aylıq görüşü keçirildi

Fövqəladə Mobil Könüllü Dəstənin aylıq görüşü 23 fevral  2022-ci il tarixində bölmənin ofisində keçirildi. Görüşdə AzQAC-ın proqram koordinatoru Nigar Rüstəmzadə və  Beynəlxalq Qızıl Xaç Komitəsinin məsul işçisi Lyudmila Şepelyova iştirak edirdi. AzQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova qonaqları və mobil dəstənin üzvlərini salamlayıb, görüşün məqsədi barədə məlumat verərək, bölmənin humanitar yardımlarla bağlı gördüyü işlərdən söhbət açdı. Daha sonra bölmə təlimatçısı Lalə Cəlilzadə 2 ay müddətində bölmənin və bölmə könüllülərin Covid-19-la mübarizə dövründə gördüyü işlər barədə və ümumiyyətlə şəhərin müxtəlif yerlərində keçirilən maarifləndirmə tədbirləri haqqında təqdimat etdi. Növbəti ay ərzində  görüləcək işlər müzakirə olundu. Könüllüləri maraqlandıran suallar cavablandırıldı.

foto (64) foto (47) foto (45) foto (26) foto (24) foto (3) foto (23)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.