AzQAC Suraxanı RB “İnnovasiya Tədris Mərkəzi” ilə birgə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 102-ci il dönümü münasibətilə “Xonçalı Novruz” adlı rəsm sərgisi keçirdib. Sərgiyə Rəssamlar İttifaqının üzvü rəssam Qənirə xanım Əsgərova, Odlar Yurdu Universitetinin müəllimi Yüzbaşıyeva Vəfa Rüstəm qızı , Ə. Bakıxanov adına 1N-li Uşaq İncəsənət Məktəbinin “Rəsm” şöbəsinin müdürü Qasımova Mehriban xanım dəvət olunmuşdu. Sərginin açılışını “İnnovasiya Tədris Mərkəzi”-nin müdiri Reyhan xanım Aslanova elan etdi. Sonra söz AzQAC Suraxanı RB sədri Turan xanım Hüseynovaya verildi. O, cəmiyyətin tarixi haqqında qısa məlumat verdikdən sonra tədbir iştirakçılarını qarşıdan gələn “Novruz bayramı” münasibətilə təbrik edib.
Sərgi 5-14 yaş uşaqlar arasında keçirilib və 3 yer üzrə qaliblər təyin olunub. Qalib uşaqlar “Fəxri Fərman” ilə təltif olundular və onlara müxtəlif hədiyyələr verildi.