16.03.2022-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Türk Qızıl Ayı ilə birgə Bakı şəhərində yerləşən “Ümid Yeri” uşaq sığınacağında uşaqlarda özünə xidmət və gigiyenik vərdişlərin mökəmləndirilməsi mövzusunda təlim keçirilmişdir.
Təlimdə 80 uşaq və umid yerinin işci heyəti iştirak etmişdir. Təlimdən sonra uşaqlar üçün hazırlanmış özünə xidmət gigiyenik vasitələrdən ibarət çantalar hədiyyə edilmişdir.
Tədbirdə AzQAC-nin İcraçı katibinin müavini, Gənclər və könüllülər şöbəsinin müdiri Xalidə İsgəndərova, Fövqəladə hallara hazırlıq şöbəsinin müdiri Elşən Səlimzadə və Türk Qızıl Ayının Bakı nümayəndəliyinin rəhbəri Semih Paslı iştirak etmişdir.