17 Mart 2022-ci il tarixində AzQAC və TISA-nın əməkdaşlığı çərçivəsində AzQAC-ın baş ofisində bayram günü münasibətilə qazilərə və onların ailələrinə AzQAC Binəqədi rayon bölməsi və TISA -nın təşkilatçılığı ilə hazırlanmış bayram sovqatları AzQAC-ın əməkdaşları ilə birlikdə təqdim olundu.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov tərəfindən imzalanmış təşəkkürnamələr AzQAC-ın hümanitar missiyasında yaxından göstərdikləri köməkliyə görə TISA-nın şagirdlərinə təqdim olundu.