16 Mart 2022-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Federasiyasının təşkilatçılığı ilə Milli Cəmiyyətin Nağd Əməliyyatlar üzrə İşçi Qrupunun ilk görüşü baş tutmuşdur. Gələcəkdə nağd pul və vauçer yardımı (NPVY) layihəsi davam etdirilməsi üçün dəstəyinə ehtiyac duyulan əsas şöbələrdən ibarət işçi qrupu yaradıldı. Görüş zamanı NPVY üzrə hazırlanan Fəaliyyət Planı ətraflı şəkildə təqdim olunmuş və planda nəzərdə tutulmuş fəaliyyətlərlə əlaqədar İşçi Qrupunun tərkibinə daxil olan üzvlərin rol və vəzifələri müzakirə edilmişdir. İclas boyunca, qrup üzvləri ilk nağd yardım fəaliyyəti kimi AzQAC və BQX/QACF-nın ötən il birgə həyata keçirdiyi pilot layihə zamanı qarşılaşdıqları çətinliklərdən danışılmış və gələcək fəaliyyətlərlə əlaqədar fikir və rəylər dinlənilmiş, təkliflər dəyərləndirilmişdir. Sonda NPVY İşçi Qrupunun növbəti görüşləri üçün aylıq təqvim müəyyən edilmişdir.