28.03.2022 – 01.04.2022 tarixində Gürcüstanın Tbilisi şəhərində “Cənubi Qafqazda Yerli icmaların fövqəladə hallar zamanı sağlamlıq üzrə dayanıqlığının gücləndirilməsi” layihəsinə həsr olunmuş regional təlim keçirildi. Məqsəd Cənubi Qafqaz ölkələrinin təlimçiləri üçün artıq 3-cü ildir ki, fəaliyyətdə olan layihənin nəzərdən keçirilməsi və təkmilləşdirilməsi idi.
Qeyd edək ki, bu layihə 2019-cu ildən bəri 3 ölkənin Milli Cəmiyyətləri tərəfindən donor-ların dəstəyi ilə (Beynəlxalq İnkişaf üzrə ABŞ Agentliyi və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası) müvəffəqiyyətlə yerinə yetirilir.
Təlimdə Azərbaycandan Layihə rəhbəri Samirə Həsənli, İlkin Psixoloji Yardım üzrə işçi Mətanət Qaraxanova və İcma könüllüsü (Mingəçevir kəndi, Mingəçevir) Ülkər Əliyeva, digər icraçı 2 ölkədən nümayəndələr və həmçinin donor təşkilatından nümayəndələr (Davron Mukhamadiev, Sherry Joseph, Nana Tsanava, Eva Erlach, Angela Jessica Uccellatori, Chaim Rafalowski) iştirak edirdilər.
Təlim, hər 3 ölkədə həyata keçirilən layihə fəaliyyətlərinin təqdimatı ilə başlayaraq əldə edilən nailiyyətlər, oxşarlıqlar, fərqlər, ortaya çıxan və hələ də davam edən və ya həll olunan problemlərin müzakirəsi ilə davam etdi. Təlimin əsas məqsədi fövqəladə hallar zamanı səhiyyənin planlaşdırılması və həyata keçirilməsində Milli Cəmiyyətlərin səhiyyə işçilərinin bilik və bacarıqlarını gücləndirmək, icmaya əsaslanan sağlamlıq və ilk yardım, könüllülər üçün epidemiyaya nəzarət, sosial səfərbərlik və iqlim dəyişikliyinin sağlamlığa təsirləri üzrə iştirakçıların bilik və bacarıqlarını artırmaq idi.
Sonuncu gün nümayəndələr “Qori” icmasını ziyarət edərək fəaliyyətlərin təkşili, aparılması, nəticələrini müzakirə və müşahidə etmək üçün könüllülər və icma üzvləri ilə görüşüb söhbət etdilər.