Hər il olduğu kimi dünyada 24 Mart Vərəmlə Mübarizə günü qeyd edilir. Vərəm mövzusu günün aparıcı mövzu olmaqla yanaşı bu ildə də gündəmdə olan dünyada COVID-19-dır.
Bu ildə də Azərbaycanda Yerli və Beynəlxalq təşkilatların birgə əməkdaşlıq çərçivəsində bu günə həsr edilən silsilə tədbirlər həyata keçirildi. Azərbaycan Vərəmlə mübarizə QHT Koalisiyasının fəal üzvlərindən olan Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rayon bölmələri və könüllüləri də cəlb edilmişdi.
2022 ildə günün “Vərəmə son qoymaq üçün investisiya edərək, həyatları xilas edin” şüarı altında keçirilən tədbirlərin əsas məqsədi həyatları xilas etmək və əzablara son qoymaq üçün vərəmə və COVID-19 xəstəliyinə qarşı atılan addımların təcili sürətləndirilməsidir.
Hər il Ümumdünya Vərəmlə Mübarizə Günü ilə əlaqədar dünyanın ayrı-ayrı şəhərlərində yerləşən tarixi memarlıq tikililərinin, əhəmiyyətli binaların “qırmızı rəngə” boyanması aksiyası keçirilir.
Belə ki, 24 mart 2022 ci ildə Koalisiyanın üzvləri üzərində vərəmlə mübarizəyə çağıran sözlər yazılar plakatlarla Elmi-tədqiqat Ağ Ciyər xəstəlikləri İnstitutun qarşısında əhali arasında maarifləndirilmə kompaniyalarını təşkil etmişlər.
Həmin gün Bakı vaxtı ilə saat 19-dan 22-dək Ümumdünya Vərəmlə Mübarizə Günü münasibəti ilə Bakının bir neçə məşhur tikilisi, o cümlədən Qız Qalası qırmızı rənglə işıqlandırıldı.
Vərəm Əleyhinə QHT Koalisiyasının məlumatına görə, aksiyanın məqsədi diqqəti vərəmlə mübarizəyə yönəltməkdir. Bu xəstəliklə mübarizə dedikdə xəstəliyin tək tibb tərəfləri deyil eləcə də sosial, psixoloji, hüquqi və digər aspektləri və ümumiyyətlə xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılması nəzərdə tutulur.
2 Aprel tarixində “Sağlamlığa Xidmət” İctimai Birliyinin təşəbbüsü və Suraxanı Gənclər Evinin təşkilatçılığı ilə yeniyetmələr və gənclər arasında maarifləndirici seminar təşkil olundu. İB layihə rəhbəri Samirə Muxtarova “Vərəm- qlobal problem kimi” mövzusunda geniş təqdimatla çıxış etdi. Tədbirdə 24 mart Vərəmlə Mübarizə günü Azərbaycanda qeyd etmək məqsədilə dəvət olunan Beynəlxalq STOP TB PARTNERSHIP qrumunun İctimaiyyətlə Əlaqələr üzrə Mütəxəssisi xanım Haney Mehta, Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasının üzvləri, AzQAC-in Suraxanı RB sədri Turan Hüseynova iştirak etmişlər. “Sağlamlıq İmkanları Məhdud Uşaqlar Üçün” 3 nömrəli xüsusi internat məktəbinin müəllim və şagirdləri jestlərlə, vərəm xəstəliyi barəsində şüarların təqdimatını nümayiş etdirdilər. Tədbir zamanı ” Sağlamlığa Xidmət” İctimai Birliyinin təşəbbüsü ilə ərsəyə gələn “Qışın İsti nəfəsi” adlı film nümayiş olundu. İnteraktiv şəkildə aparılan tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb.Tədbirin sonunda gənclərə mövzuyla bağlı suallar verilib, suala düzgün cavab verən gənclərə hədiyyələr təqdim olunub.
4 aprel tarixində -Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyası, “Sağlamlığa Xidmət” İctimai Birliyinin təşkilatçılığı Yaponiyanın Azərbaycandakı səfirliyinin və BMT-nin “StopTBPartnership” Tərəfdaşlığının dəstəyi, Yaponyanın “Fujifilm” Şirkətinin və “Araş Medikal Kompani”nin sponsorluğu ilə Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş Beynəlxalq Konfrans keçirilib.
Konfransda Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada, Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Nadir Zeynalov, ÜST-nin Azərbaycandakı nümayəndəsi Dr Hande Harmancı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Ruslan Abdullayev, TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva, BMT-n “StopTBPartnership” Tərəfdaşlığının İcraçı Direktoru Luçika Ditiu, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyanın Qafqaz Region üzrə rəhbər Davron Muhamməddinov və Səhiyyə layihələrin kordinatoru xanım Nana Tsanava, TƏBİB-in və İTS-in məsul əməkdaşları, Milli Məclisin deputatları, vərəmlə mübarizə üzrə yerli və beynəlxalq ekspertlər, dövlət və qeyri-hökumət təşkilatlarının, eyni zamanda Türkiyə, İsveçrədən dəvət edilmiş aparıcı vərəmlə mübarizə qurumlarının nümayəndələri iştirak ediblər.
Qeyd etmək lazımdır ki, konfrans Yaponiyanın Azərbaycandakı səfirliyinin açılmasının 30 illiyi ilə əlaqədar elan edilmiş “Azərbaycan-Yaponiya dostluq ili – 2022” çərçivəsində Azərbaycanda silsilə tədbirlər sırasına daxildir.
Yaponiya ilə Azərbaycan arasında vərəm/COVID-19-a cavab tədbirlərinə yönəlmiş əməkdaşlıq müstəvisində, Yaponiyanın ən yeni vərəm diaqnostik texnologiyalarının vasitəsilə əlçatmaz ərazilərdə yaşayan insanlar üçün vərəmin aşkarlanmasını mümkün edən və onların sayəsində əldə olunan uğurları işıqlandırmaqdan ibarətdir. İnnovasiya gələcəyin inkişaf açarıdır və ancaq bu şəkildə irəliləyə bilərik. Azərbaycanda bu sahədə mövcud qanunvericiliyin mütəmadi şəkildə nəzərdən keçirilməsi yaxşı haldır və ÜST dəstəyinə ehtiyac olsa, kömək etməyə hazır olduğunu səsləndirdi. Konfransda bu innovassiyaya aid olan və 2020-ci ildən Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyası və Az.Respublikası Səhiyyə Nazirliyi ilə birgə STOPTBPARTNERSHİP Qrumunun böyük dəstəyi və “Sağlamlığa xidmət” İB səyləri nəticəsində Azərbaycana təqdim edilən Yaponiyanın Fujifilm şirkətinə məxsus ən müasir portativ, özünə məxsus süni intellektə malik FDR, X- air rentgen aparatının ölkənin şəhər və rayonlarında ağ cıyər xəstəlikləri, COVID-19 xəstəliyinin erkən aşkarlanması məqsədilə həyata keçirilmiş skrininq müayinələr barədə məlumatlar çatdırıldı.
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyanın Qafqaz üzrə rəhbəri Davron Muhamməddinov Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyanın Vərəm proqramlarına dəstək verilməsi və Milli Cəmiyyətlərin bu sahədə böyük təcrübəli olduğunu qeyd edərək, Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasıda AzQAC-in fəal iştirakçısı olduğuna da müsbət qiymətləndirmişdir. Bunu da AzQAC-in Vərəm proqramlarının həyata keçirilməsində uğurlu təcrübələrə əsaslanaraq xüsüsu əlaqələndirdi.
Konfransda AzQAC Miqrasiya şöbəsinin mütəxəssisi Sona Hacıyeva, “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova, Pirallahı Rayon Bölməsinin könüllüsü Sabir Rzayev iştirak etmişlər. İlin sonuna dək bu kimi tədbirlər davam ediləcək.