08.04.2022 il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti , Türk Qızıl Ay Cəmiyyəti ilə birgə Bakı şəhəri Xəzər rayonunun Şaqan qəsəbəsində yerləşən 1 saylı uşaq evində tədbir keçirmişdir.
Şaqan 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar ücün internat evi xüsusi qayğıya ehtiyac duyan, əqli cəhətdən qüsurlu uşaqların dövlət himayəsində yaşadığı bir müəssisədir. Burada uşaqlar daimi olaraq yaşamaqla, qida, geyim və lazımi tibbi və reabilitasiya xidməti ilə təmin olunurlar. 200 yerlik internat evində hazırda 127 nəfər uşaq yaşayır.
Tədbirin sonunda uşaqlara geyim, gigenik ləvazimatlar, uşaq oyuncaqları hədiyyə edilmişdir.
Tədbirdə Qızıl Aypara Cəmiyyətinin İçracı katibin müavini, Gənclər və könüllülər şöbəsinin müdiri Xalidə İsgəndərova, Gənclər komitəsinin sədri Türkanə Atakişiyeva və Türk Qızıl Ayının Azərbaycandakı nümayəndəsi Semih Paslı iştirak etmişdir.