IFRC və USAID –in dəstəyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “Cənubi Qafqazda Yerli İcmaların Fövqəladə Hallar zamanı Sağlamlıq üzrə Dayanıqlılığının Gücləndirilməsi” layihəsi çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi 06-07Aprel 2022-ci il tarixində 2 günlük seminar və icmalarda görüşlər keçirildi. Tədbirdə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Cənubi Qafqaz nümayəndəliyinin Sağlamlıq üzrə mütəxəssisi xanım Nana Tsanova və proqram meneceri Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı Samirə Həsənli də iştirak edirdi. Qonaqlar ilk öncə ofisin foyesində bölmənin fəaliyyətlərinə həsr olunmuş foto-stendlərlə tanış olmuşdu. Tədbirin 1-ci günü QAC Sumqayıt şəhər bölməsinin ofisində şəhər və icma əsaslı könüllülərə Epidemiya/Pandemiya mövzusunda seminar keçirildi. Seminarı bölmə könüllüsü Taleh Bədəlov aparırdı. Hər mövzudan sonra qrup işləri aparıldı və müzakirələr olundu. Tədbirin 2-ci günü Avtoməktəbin yataqxanasında məskunlaşmış məcburi köçkünlərdən ibarət icma üzvləri ücün sağlamlıq üzrə maarifləndirici görüş Laçın Təhsil şöbəsinin məktəbində təşkil olunmuşdu. QAC Sumqayıt şəhər bölməsinin könüllüləri Sona Nəzərova və İxtiyar Quliyev difteriya, vəba, dizinteriya, poliomielit, COVID-19 mövzuları barədə ümumi məlumat verərək, icma üzvlərinin də fikirlərini dinlədilər. Xanım Nana Tsanova və Proqram meneceri icma üzvlərinin rəy və təkliflərinə öz münasibətini bildirdi. Günün 2-ci yarısı növbəti görüş Beton zavod ərazisinin icma üzvləri kecirildi. Görüş Beton zavod ərazisində yerləşən Qubadlı Təhsil şöbəsinin məktəbində təşkil olunmuşdu. Könüllülər Əli Nadirli, Aysun Əhmədzadə və Hüseyin Səlimov xəstəliklər barədə ümumi məlumat verdilər. İcma üzvlərinin təklifini nəzərə alaraq, psixososial dəstək mövzusundə da məlumatlar icma üzvlərinə çatdırıldı. İcma rəhbəri Gülnarə xanım daima diqqət ücün QAC Sumqayıt şəhər bölməsinə və qonaqlara icma üzvləri adından minnətdarlığını bildirdi. Hər iki icma üzvləri ilə görüşlərdən sonra xatirə şəkilləri çəkildi. Görüşlərdən sonra QAC Sumqayıt şəhər bölməsinin ofisində yekun görüş keçirilərək fikir mübadiləsi aparıldı. Xanım Nana Tsanova və Samirə Həsənli görüşlər barədə öz təəssüratlarını bölmə sədri və əməkdaşları ilə bölüşərək, təklif və fikirlərini bildirdilər.