Hər il dünyada 7 Aprel Ümumdünya Sağlamlıq Günü qeyd edilir. Bununla əlaqədar, 2022-ci il 9 aprel tarixində Davamlı Turizm İnkişafına Dəstək İçtimai Birliyi Təşkilatı tərəfindən “QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Hər kim 100 il yaşamasa günah onun özündədir. Sağlam yaşa 100 yaşa” adlı layihəsi çərçivəsində Sumqayıt Müsigi Kolecinin tələbələri üçün “Ümumdünya Sağlamlıq Günü”- nə həsr edilən seminar keçirilmişdir. AzQAC-nin “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru, Mətanət Qaraxanova seminar iştirakçılarına 2022-ci ildə 7 Aprel Ümumdünya Sağlamlıq Gününün “Bizim planet, bizim sasağlamlığımız. Rifahlı cəmiyyətlər, sağlam cəmiyyətlərdir!” şüarını səsləndirərək, ÜST-nın ictimayyətin diqqətini pandemiya, planetin çirklənməsi, xərçəng, astma, ürək –damar xəstəliklərinin artması vaxtda insanların sağlam olması və planetin sağlam saxlanması üçün lazım olan təcili tədbirlərə, rifahlı cəmiyyətləri qurmaq hərəkatın təşviq edilməsinə cəlb edilməsini vurğulamışdır.
Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumatlara əsasən, hər il dünyada 13 milyondan çox ölüm, qarşısı alına bilən ekoloji səbəblər üzündən baş verir. Buraya bəşəriyyətin üzləşdiyi ən böyük sağlamlıq təhlükəsi olan iqlim böhranı da daxildir. İqlim böhranı həm də sağlamlıq böhranıdır.
COVID-19 pandemiyası bizə elmin müalicəvi gücünü göstərsə də, dünyamızdakı ədalətsizlikləri də işıqlandırdı. Pandemiya cəmiyyətin bütün sahələrində zəif cəhətləri üzə çıxardı və davamlı rifah cəmiyyətlərinin yaradılmasının təcili ehtiyacını vurğuladı, ekoloji məhdudiyyətləri pozmadan indi və gələcək nəsillər üçün bərabər sağlamlığa nail olmağa nümayiş etdirdi.
M.Qaraxanova seminar iştirakçılarına hava və suyun çirklənməsi, iqlim dəyişməsinin insan sağlamlığı üçün təhlükəli olduğunu qeyd edərək, bu səbəbdən dünyada ağciyər xərçəngi, ürək xəstəlikləri və insult, astma kimi xəstəliklərin yayılmasına dair ÜST məlumatlarını çatdırdı. Tibbi tullantıların təhlükəsiz idarə edilməsi, atılan şprislərdən iynə xəsarətləri hepatit B, C və yoluxucu xəstəliklərə səbəb ola bilməsini qeyd edildi.
M.Qaraxanova seminar iştirakçılarını yeniyetmələr və gənclər arasında “Sağlam həyat tərzi”-n təbliğatında fəal iştirak etməyə çağırdı. Seminarda ÜST 7 Aprel Ümumdünya Sağlamlıq Gününə həsr edilən əyani materiallar istifadə edilmişdir.