18-19 aprel tarixlərində Bərdə şəhərində “Mənim haqqımda kitab” təlimi təşkil olunmuşdur.
Təlim Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin psixoloqu Nigar Qədəşova tərəfindən keçirilmişdir.
“Mənim haqqımda kitab” – 2010-cu ildə İsveç Qızıl Xaç Cəmiyyəti tərəfindən hazırlanmış alətlər dəstidir. Kitab silahlı münaqişə və digər zorakılıqlardan təsirlənən uşaqların ehtiyaclarını ödəmək üçün uyğunlaşdırılmışdır.
Təlimdə Milli Cəmiyyətin Ağdam, Bərdə, Füzuli və Tərtər rayon bölmələrindən Fövqəladə Mobil Könüllü Dəstələrinin ümumi 8 üzvü iştirak etmişdir.
Məqsəd könüllülərə stressin uşaqlara təsirləri barədə məlumat vermək, ən əsası isə onlara kitabla işləməyi öyrətməkdir ki, uşaqların psixoloji durumunu yaxşılaşdırmaq üçün məktəblərdə sessiyalar keçirə bilsinlər. Təlim sonrası könüllülərin məktəb şagirdləri ilə fəaliyyətləri nəzərdə tutulub.