10 may tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) könüllüləri tərəfindən keçirilən 6-12 yaş uşaqlar üçün nəzərdə tutulmuş “Mənim haqqımda kitab” fəaliyyətlər silsiləsinə start verilmişdir.
“Mənim haqqımda kitab” 2010-cu ildə İsveç Qızıl Xaç Cəmiyyəti tərəfindən hazırlanmış alətlər dəstidir. Kitab silahlı münaqişə və digər zorakılıqlardan təsirlənən uşaqların ehtiyaclarını ödəmək üçün uyğunlaşdırılmışdır.
Fəaliyyətlər Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə Ağdam, Bərdə, Füzuli və Tərtər bölmələrinin Fövqəladə Mobil Könüllü Dəstələrinin (FMKD) üzvləri tərəfindən həyata keçirilir.
“Mənim haqqımda kitab” fəaliyyətlərinin ilk həftəsində Ağdam rayon Hacıməmmədli kənd tam orta, Bərdə rayon Qarayusifli kənd tam orta, Füzuli rayon Aşağı Alxanlı kənd tam orta və Tərtər rayon Qazyan kənd ümumi orta məktəblərinin ümumi 97 şagirdi ilə görüşlər keçirilmişdir.
AzQAC psixoloqu Nigar Qədəşova bu görüşlərdə iştirak edib fəaliyyətlərin keçirilməsində könüllülərə dəstəyini göstərmişdir.