Əhali arasında müxtəlif mövzulara, xüsusən sağlamlıqla bağlı məsələlər qeyri-hökuməttəşkilatları tərəfindən uğurla yerinə yetirilə bilən fəaliyyətlərdəndir. AzQAC-ti bufəaliyyətləri Region Mərkəzləri və Rayon Bölmələri vasitəsi ilə Respublikada humanitar yardım, cəmiyyətin inkişafına dəstək verənproqramları həyata keçirən bir sıra qeyri-hökumət təşkilatlarla əməkdaşlıqedərək həyata keçirir.
Hər il olduğu kimi, dünyada 1 dekabr-Ümumdünya AİDS-lə mübarizə günü qeyd edilir. Azərbaycanda da Respublika Səhiyyə Nazirliyinin rəhbərliyi ilə bu günlə bağlı geniş tədbirlər həyata keçirir. AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramı çərçivəsində gənclər və könüllülərin iştirakı ilə Cəmiyyətin əmkdaşlıq etdiyimüxtəlif dövlət və QHT-rı ilə birgə AİDS-lə bağlı maarifləndirmə yönümlü tədbirləri təşkil olunur. Belə ki, noyabr ayının 29-da AzQACtərəfindən uzun müddət sıx əməkdaşlıq etdiyi Azərbaycan Uşaq və Gənclərinin “Sülh” Şəbəkənin üzvləri olan 50 nəfər uşaq və yeniyetmələr üçün AİDS-ə dair seminar təşkil olunmuşdur. Şəbəkə Ombudsman apparatının nəzdində yaradılıb. AzQAC “İcmaya əsaslanan sağlamlıq” proqramının rəhbəri Mətanət Qaraxanova seminar iştirakçılarına İİV/QİÇS-lə bağlı dünya üzrə, eləcədə Azərbaycanda olan statistik göstəriciləri, müalicə və profilaktik tədbirlərin həyata keçirilməsi barədə geniş məlumatları prezentasiya şəklində təqdim etmişdir. M.Qaraxanova yeniyetmələrin mövzu ilə bağlı maraqlandırılan bir çox suallarını çavablandırmışdır.AzQAC-in könüllülər sıralarına yeni qatılan Azərbaycan Tibb Universitetində təhsil alan, iki nəfər Nigeriya ölkəsinin tələbələri (Nigeriya Qizıl Xaç Cəmiyyətinin könüllüləri) Daniel və Markus, ABŞ-da yaşayan və Tibb Universitetində təhsil alan (Azərbaycana 1 illik müddətinə təcrübə mübadiləsi ilə əlaqədar gəlib) 19 yaşlı Tomris bu tədbirə də qatılmışlar. Onlar iştirakçılara Nigeriya və ABŞ ölkələrində gənclər arasında İİV/QİÇS-lə bağlı maarifləndirmə tədbirlərinin geniş və mütəmadi şəkildə aparılması barədə məlumatları qeyd etmişlər. Seminarda AzQAC-in miqrasiya şöbəsinin əməkdaşı, azərbaycan dili kursun müəllimi Sona Hacıyeva iştirak etmişdir. Sona xanım Nigeriyadan olan gənclərə təmənnasız azərbaycan dilini öyrədir. Tədbirin sonunda müxtəlif məktəblərdə təhsil alan şagirdlərin bir çoxu belə seminarın onların məktəbində təşkil olunması arzusunu AzQAC-in nümayyəndələrinə bildirdilər.