6-8 iyun 2022-ci il tarixlərində “Azərbaycan Respublikasının 2022-ci il üçün Mülki müdafiə tədbirləri planı” çərçivəsində Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəhbərliyi ilə Quba rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.
FHN-in aidiyyəti qurumlarının nümayəndələri, rayon Fövqəladə Hallar Komissiyası (FHK), İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Baş idarəsinin FHH şöbəsinin müdiri Elşən Səlimzadə və Sumqayıt Regional Mərkəzinin FKMD üzvləri və regiona daxil olan bölmə sədrləri, mülki müdafiə sahəsində cavabdeh şəxslər iştirak ediblər.
Təlim zamanı rayonun mülki müdafiə qüvvələri fövqəladə hadisənin baş verməsi barədə rayon rəhbərliyinin, FHK-nın və mülki müdafiə idarəetmə orqanlarının xəbərdar edilməsi, rayonun mülki müdafiə idarəetmə orqanlarının, mülki müdafiə xidmətlərinin və ərazi üzrə mülki müdafiə qüvvələrinin yüksək hazırlıq vəziyyətinə gətirilməsi, şəxsi heyətin “xəbərdarlıq toplanış” siqnalı üzrə fəaliyyəti, ərazinin kəşfiyyatının aparılması, məlumatların toplanması və təhlilinin aparılması, görüləcək qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həcminin müəyyən edilməsi və təşkili işləri yerinə yetirilib.
Bundan əlavə, təlim iştirakçıları tərəfindən Nazirliyin xilasetmə, rayonun mülki müdafiə qüvvələri və AzQAC Sumqayıt RM FKMD üzvləri arasında xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı qarşılıqlı fəaliyyətin və idarəetmənin təşkili, xəsarət alanlara tibbi yardımın göstərilməsi həyata kecirilib. AzQAC-nin FMKD də bu təlimdə öz aktivliyini göstərərək öhdələrinə düşən tapşırıqları layiqincə icra ediblər.
Tədbirin gedişində rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti uğurla təşkil edilib və qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Təlimin sonunda Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi general-mayor Niyazi Zamanov, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev təlimin mütəşəkkil kecirilməsində fəalliq göstərən iştirakcılara xoş arzularını bildirdilər.