eb52ce77-677a-4d3f-8908-e31beabeb933

İİV/QİÇS və yanaşı xəstəliklərlə mübarizə mövzusunda seminar keçirildi

Ötən həftə QİÇS-lə mübarizə Mərkəzi və Ölkə Əlaqələndirmə Komissiyası Katibliyi(ÖƏK)-nin təşkilatçılığı ilə Hilton Otelində İİV virusunun müayinə və müalicəsi, yoluxma yolları, virusun törətdiyi fəsadlar, yanaşı gedən xəstəliklər, o cümlədən Sıfır Ayrı Seçkilik-Stiqma və Diskriminasiya ilə  bağlı maarifləndirmə tədbiri keçirildi. Həmişə olduğu kimi bu tədbirdə də Azərbaycan Vərəm əleyhi QHT Koalisiyasına üzv olan cəmiyyət və İctimai Birliklər, o cümlədən  Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İcma əsaslı layihələrinin əməkdaşları da iştirak edirdilər. 2 hissədən ibarət olan seminarı açılış nitqi ilə Azərbaycan Səhiyyə Nazirliyi  Ölkə Əlaqələndirmə Komissiyası Katibliyi(ÖƏK)-nin rəhbəri Aytən Hüseynova açaraq iştirakçılara uğurlar arzu etdi.

Sonra Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri,ftiziator həkim Günəş Cəfərova “Ölkədə QİÇS-lə bağlı epidemioloji vəziyyət, Stiqma və Ayrı- vəziyyət seçkiliklə bağlı məlumat verdi. Sonra  Seminarın əsas hissəsi –İİV/QİÇS-in yaranması, müayinəsi və müalicəsi, İİV-li xəstələrə göstərilən qayğı və diqqətlə bağlı təlim başlandı. Günəş xanım konkret fakt və təcrübədən irəli gələn müşahidə materiallarına əsasən çox geniş məlumat verdi. İştirakçıların suallarına ətraflı cavab verərək İİV/QİÇS-li xəstələrin  üzləşdiyi digər yanaşı gedən və onların sağalmasına mane olan xəstəliklərdən, Stiqma və diskriminasiya mövzularındakı təqdimatları ilə iştirakçılarda böyük marağa səbəb oldu.  interaktiv sual- cavabla geniş müzakirəyə səbəb oldu.

Seminarda Azərbaycan Qızıl Aypara Cəmiyyətini Cəmiyyətin Miqrasiya şöbəsinin əməkdaşı, İcma əsaslı layihələrdə psixoloq-məsləhətçi  Sona Hacıyeva və layihə koordinatoru, dosent Mətanət Qaraxanova təmsil edirdi. Onların mövzu ətrafındakı çıxışları və Aypara Cəmiyyətinin bu istiqamətdə gördüyü işlər haqqındakı məlumatlar iştirakçılar  tərəfindən rəğbət və maraqla qarşılandı.

Çox maraqlı məlumatlarla tanış olan birlik və qurum nümayəndləri tədbirin təşkilatçılarına – ÖƏK- in katibliyi rəhbəri Aytən Hüseynovaya və QİÇS-lə mübarizə Mərkəzinin həkimi dr. Günəş Cəfərovaya təşəkkür edərək bu seminarların gələcək fəaliyyətdə daha fəal iştirak üçün vacib zəmin olduğunu söylədilər.

eb52ce77-677a-4d3f-8908-e31beabeb933 09e87c7b-7d42-4cff-aa0a-6379f00082cf a5a8693c-d340-4c6e-91d1-de2641bc1670 75ae0c9e-8408-473e-b59f-52f2d678e94d

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.